А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Haqqa şər atan Sərdar Əlibəyliyə....

31.07.17 | Bölmə: » Cəmiyyət | Baxış: | Yazar: Günel |
Haqqa şər atan Sərdar Əlibəyliyə....
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Kimsə həqiqəti görə bilmirsə ağzından hədyanlar tökməkdənsə sussa yaxşıdır. Çünki yalan danışmaq, şər-böhtan atmaq normal insana yaraşmayan, onu ucaltmayan bir haldır.

Sərdar Əlibəyli deyilən birisi böhtan və şər atmaqla hansı məqsədi güdür, deyə bilmərəm, amma bircə onu bilirəm ki, bu adam yalan danışmaqda pərgardır. Özünü fəxrlə reket jurnalist adlandıran S.Əlibəyli öz qayəsinə sadiq qalaraq qarayaxma işinə başlayıb. Özü də üzünü "Bakı-Xəbər”ə tutub. Bu adam ya bilmir, ya da bilmək istəmir ki, "Bakı-Xəbər” böyük ənənəsi olan, bu gün sözün həqiq mənasında məktəb olan bir mətbuat orqanıdır. Şər yolunu tutan cızmaqaraçı elə bir məsələ ilə bağlı iddia irəli sürür ki, vallah bişmiş toyuğun gülməyi gəlir. S.Əlibəylinin cəfəng fikirlərinə, çürük düşüncəsinə və heç bir fakta söykənməyən cızmaqarasına əhəmiyyət verməyə də bilərdim, amma bəzi məsələlərə aydınlıq gətirmək üçün müəyyən xatırlatmalar etmək istəyirəm. S.Əlibəyli özünü ağıllı göstərib yazır ki, guya "Bakı-Xəbər"in əməkdaşları Tahir Tağıyev və Namiq Quliyev Aydın Quliyevin yaxın qohumları olduqları üçün mənzil alıblar. 
S. Əlibəyliyə onu xatırladım ki, "Bakı-Xəbər" qəzeti 2003-cü ilin sentyabr ayında təsis edilib və nəşrə başlayıb. Bu qəzet işıq üzü görəndən indiyə qədər S.Əlibəylinin şər atdığı Tahir Tağıyev və Namiq Quliyev "Bakı-Xəbər”də çalışırlar. Yəni onlar uzun illərdir Aydın Quliyevlə çiyin-çiyinə qəzet çıxarırlar. Deyərdim ki, onlar bu gün redaksiyamızda ən çox müxbirlik stajı olan əməkdaşlarımızdır. Mən 2005-ci ilin yanvarında "Bakı-Xəbər”ə gələndə onların hər ikisi burada çalışır, fəaliyyət göstərir, qəzet üçün canlarını fəda edirdilər. Bu həqiqətdir. Sözümün canı odur ki, Sərdar Əlibəyli orda-burda reketçilik edib, ona-buna şər atanda Namiq Quliyev və Tahir Tağıyev jurnalistika faəliyyəti ilə məşğul olur, mətbuata fayda verirdilər. Bunu əgər S.Əlibəyli görmürsə daha nə deyə bilərəm? 
Elə təkcə qəzetdə işlədikləri müddət nəzərə alınarsa, Prezident İlham Əliyevin mənzil verdiyi media təmsilçilərinin sırasında olmaq Namiqin də, Tahirin də tam haqqıdır. İllərini fədakarlıqla mətbuata həsr edən hər iki əməkdaşımız bu evləri Aydın Quliyevin qohumları olduğu üçün deyil, çoxillik iş stajları olduğu və media sahəsində göstərdikləri qüsursuz fəaliyyətlərinə görə alıblar. Bu adamlar 14 ildir ki, fasiləsiz olaraq "Bakı-Xəbər”də çalışırlar. Bu az iş deyil. Amma bu 14 ildə S.Əlibəyli saysız redaksiya dəyişib, iş yerlərinə "baş” çəkib. 
Onu da vurğulayım ki, bizim redaksiyada mənzil almağa namizədlər tam açıq şəffaf şəkildə, Azərbaycan Mətbuat Şurasının iki hörmətli nümayəndəsinin iştirakı ilə təqdim edilib. 5 nəfər redaksiya əməkdaşının namizədliyi onların iş stajına uyğun şəkildə sıralanıb. Mənzil siyahısına adı salınan namizədlərin hamısına redaksiya əməkdaşları dəstək göstərib. Təqdim edilən namizədlər hər kəsin ürəyindən olub. Namizədlərin hər hansına qarşı redaksiyada bir nəfər də olsun narazılığını bildirməyib. Kollektivin yekdilliklə dəstəkləyib səs verdiyi namizədlərdən mən də daxil olmaqla üç nəfərinə Prezident tərəfindən mənzil verilib. Şəffaf şəkildə baş verən bir prosesə heç dəxli olmayan bir cızma-qaraçının bu cür yanaşması təqdirəlayiq deyil. 
Bir məqamı da deyim ki, mənzil alanlardan biri mənəm və mənim də Aydın Quliyevlə heç bir qohumluq əlaqəm yoxdur. Mən Borçalıdanam və 13 ildir ki, "Bakı-Xəbər"də çalışıram, karyerama da "Bakı-Xəbər"də başlamışam və bütün uğurlarımı burada qazanmışam. Aydın müəllim məni işə götürəndə heç bilmirdi ki, mən haralıyam, çünki o bu cür cılız mövqenin adamı deyil!  Onu maraqlandıran mənim faəliyyətim, qəzetə verdiyim fayda olub həmişə. Onun bir baş redaktor kimi bütün işçilərinə münasibəti hər zaman bu cür olub. 
S. Əlibəyliyə onu da xatırladım ki, 2013-cü ildə redaksiyamızdan mənzil alan Samirə Səfərova da Aydın Quliyevin nəinki yaxın, heç uzaq qohumu və ya qonşu kəndlisi deyil, təmiz bakılıdır. Belə olduğu halda S.Əlibəyli hansı əsasla cəfəng fikirlərini kimlərəsə sırımağa çalışır, anlaşılan deyil.
Şər ustası S.Əlibəyliyə onu da deyim ki, ola bisin, T.Tağıyev və N.Quliyevin imzası onun ad-soyadı kimi, imzası kimi populyar deyil, çünki onlar S.Əlibəylidən fərqli olaraq şər-şamata, böhtan dolu yazılar yazıb altına imza qoymayıblar. Ciddi jurnalist imici olan insanlar cəfəngiyyat dolu yazılar yazıb "fəxrlə" onun altına imza qoymazlar. S.Əlibəyli bu gün çox məşhurdu cızma-qaralarına, şər dolu yazılarına görə. Unutmayaq ki, bu gün uşaqlar üçün istifadə edilən pampers də çox populyardı...Hər məşhurluq imza sahibinin xeyrinə işləmir ki...
Ona-buna ləkə yaxdığına, şər atdığına görə S.Əlibəylinin yolu bir neçə dəfə türmədən də keçib. Əslində bu "səfər"lər onu islah etməli idi, amma və lakin islah edə bilmədi. Şər ustası şər yaymaqla, qara yaxmaqla yenə öz yolunu davam etdirir. Bu yol heç kəsə xeyir gətirməyib. 
Əlbəttə, az-çox mətbuatdan, redaksiyadan, bir yerdə davamlı işləməyin nə olduğunu bilməyən adam S.Əlibəyli kimi cəfəng fikirlər yaza, iddialar irəli sürə bilər. 
S.Əlibəyli kimilərinə məsləhət görərdim ki, həqiqəti görməyi bacarsınlar. Həqiqəti görə bilməyən adam heç öz sabahını da görə bilməz, birdəfəlik sabahına gedən yolun istiqamətini itirər. Bu qədər!
İradə SARIYEVA
"Bakı-Xəbər” qəzetinin əməkdaşı


скачать dle 10.3фильмы бесплатно
(səs: )
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
Gəncə-Qubadlı-Şuşa-Kəlbəcər bizi gözləyir
Prezident İlham Əliyev: Bu sənəddə öhdəlik var, dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan
Prezident İlham Əliyev xalqa müraciət edib
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Prezident İlham Əliyev:
Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.