А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycan radiosunun dalğaları Ermənistanda təşviş yaradıb: "Ötürücüləri güclüdür..."

01.08.17 | Bölmə: Cəmiyyət | Baxış: | Yazar: Admin |
Azərbaycan radiosunun dalğaları Ermənistanda təşviş yaradıb: "Ötürücüləri güclüdür..."
 
 
Ermənistan öz ərazisində yayımlanan Azərbaycan radiostansiyaları ilə mübarizə apara bilmir. Virtualaz.org news.am-a istinadən xəbər verir ki, Ermənistan Milli Teleradio Komissiyasının sədri Qaqik Buniatyan Azərbaycan radiostansiyalarının Ermənistan ərazisində yayımlanması ilə bağlı sualı cavablandırarkən Azərbaycana məxsus ötürücülərin daha güclü olduğunu etiraf edib.

O, qeyd edib ki, Azərbaycan radiolarına məxsus radiosiqnalın nüfuz etməsinin harada obyektiv olduğu, harada qəsdən edildiyi müəyyənləşdirmək lazımdır.

Buniatyan bildirib ki, Azərbaycan radistansiyalarında tezliklərin spektrləri daha həcmlidir, ötürücülər daha güclüdür. Və coğrafi maneə olmayan yerlərdə bu siqnallar asanlıqla qəbul edilir. "Azərbaycandan bizim ərazimizə indi erməni dilində verilişlər ötürülür. Buna görə də, harada təbliğat və yalan məlumat vermə məqsədi ilə ötürülən siqnallar aşkar edəcəyik, bunun qarşısını almaq üçün müvafiq tədbirlər görəcəyik”.

Qeyd edək ki, bir qədər öncə Ermənistan parlamentdə qanun layihəsinin müzakirəsi zamanı bildirilmişdi ki, rəqəmsal yayıma keçid Azərbaycan radiostansiyalarının Ermənistanın sərhəd ərazilərində translyasiya problemini həll etməyə imkan verəcək. Ancaq qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Ermənistanın hakim Respublika partiyasından olan deputatlar Azərbaycan radiostansiyalarının siqnallarının qarşısını almaq üçün rəqəmsal keçidin rolunun nədən ibarət olduğunu izah edə bilməyiblər. Mənbə bildirir ki, hazırda Ermənistan ərazisində ən çox analoq yayımda orta dalğalarda yayımlanan Respublika radiosudur.
скачать dle 10.3фильмы бесплатно
(səs: )
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Evdə qal: həyata qarşı daha güclü dayana, gələcəyə təbəssümlə baxa bilmək üçün...
Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.