А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Temperatur artır - Xəbərdarlıq

08.08.17 | Bölmə: » Cəmiyyət | Baxış: | Yazar: Admin |
Temperatur artır - Xəbərdarlıq
 
 
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Zəif cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 25-28° isti, gündüz 37-42° isti, Bakıda gecə 26-28° isti, gündüz 39-41° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 29-30°, Türkan, Hövsan, Sahil, Şıxda 30-31° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Qərb küləyi axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27°, gündüz 38-43° isti, dağlarda gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir.

 

 
скачать dle 10.3фильмы бесплатно
(səs: )
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.