А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Azərbaycan diasporunun ölkələrarası münasibətlərdəki rolu "Dnepr-2017" forumunda nümunə çəkilib

28.08.17 | Bölmə: Siyasət | Baxış: 504 | Yazar: Bakixeber |
Azərbaycan diasporunun ölkələrarası münasibətlərdəki rolu "Dnepr-2017" forumunda nümunə çəkilib






Ukraynanın Dnepr şəhərində "Dnepr-2017" Ukrayna Diaspor Gəncləri Forumu çərçivəsində Ümumdünya Ukrayna Gənclər Təşkilatları Konqresinin (ÜUGTK) illik toplantısı keçirilib.
Melumat-merkezi.az-ın məlumatına görə, toplantıda Ukraynanın gənclər ictimai təşkilatlarının liderləri və rəhbərləri iştirak edib.
Fəxri qonaqlar arasında Ukraynanın gənclər və idman naziri İqor Jdanov, Dnepr şəhərinin meri Boris Filatov, Ali Radanın deputatı Oleq Barna, Ukrayna Millətlər Assambleyasının sədri, Avropa Azərbaycanlıları Konqresinin sədr müavini Rövşən Tağıyev, Dnepropetrovsk Vilayət Radasının sədri Qleb Prıqunov olub. Tədbirin məqsədi Ukrayna diaspor gənclər və ictimai təşkilalatlarının rəhbərləri arasında kommunikasiyanın yaradılması, Ukraynaya dəstək və yardım üçün onların qlobal Ukraynaçılıq ideyası ətrafında birləşməsi, eləcə də beynəlxalq diaspor strukturlarının inkişafı, gənclərlə, sahibkarlarla, Ukraynanın ictimai və mədəni xadimləriylə mövcud əlaqələrin gücləndirilməsi və yeni münasibətlərin yaradılmasıdır.
2015-ci ildə Odessada Foruma baş tərəfdaş olan Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev Forum çərçivəsində panellərdən birinə sədrlik edərkən Millətlər Assembleyası adından dünyada yaşayan ukraynalılara yalnız mədəniyyət sahəsində yox, həm də siyasi və iqtisadi sferada aktiv olmağa çağırıb. R.Tağıyev həmçinin investisiyaların cəlb dilməsi məsələlərinə toxunaraq Azərbaycan və Ukrayna arasında investorların fəaliyyətinin intensivləşdirilməsindən danışıb: "Azərbaycandan Ukraynayaya olduğu kimi, Ukraynadan da Azərbaycana artıq böyük investisiyalar cəlb olunub. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi bu məsələdə fəal iştirak edir. Diaspor təşkilatı kimi, “Antonov” zavodu (Ukrayna) ilə "Silk Way" (Azərbaycan) arasında 10 təyyarənin tədarükü ilə bağlı bağlanan müqavilədə, “Mtor Siç” şirkətinin Azərbaycanla əlaqələrinin yaradılmasında, eyni zamanda inşaat, kənd təsərrüfatı sahələri üzrə Azərbaycan və Ukrayna arasında qarşılıqlı investisya layihələrində yaxından iştirak etmişik. Ölkə xaricində yaşayan ukraynalılar da analoji missiyanı həyata keçirməlidirlər".
Ardından Forum iştirakçıları Azərbaycan və Ukrayna arasında investisiya mübadiləsini diaspor fəaliyyəti misalında nümunə çəkiblər.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bayram günləri elektrik qatarları necə işləyəcək?
Azərbaycanda koronavirusla bağlı şad xəbər – Rəsmi
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
“CinemaPlus”dan sosial dəstək - FOTO/VİDEO
Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək
Su ehtiyatlarının azalması sürətlənir
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi AÇIQLANDI
Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı
“Bundan sonrası XİN, səfirlik və hüquq mühafizə orqanlarının işidir”
Birinci vitse-prezident Mehriban Əliyeva milli mətbuatının 145 illik yubileyi münasibətilə KİV nümayəndələrini təbrik edib
Dünyada koronavirusa yoluxanların sayı 15 milyonu ötdü
Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib
Mayis Əliyev: “Onlar əhali arasında çaşqınlıq yaratmaq istəyirlər”
Orta məktəb şagirdləri Azərbaycan Ordusuna maraqlı dəstək aksiyasına başladı - VIDEO
Prezidentin köməkçisindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
Ordumuzun baş leytenantı ŞƏHİD OLDU
Baş həkim koronavirusa yoluxub – Beyləqanlılar onun tezliklə sağalmasını istəyir
Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.