А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

“Kaspersky Lab”: Azərbaycan göndərilən spamın sayına görə qlobal reytinqdə 70-cidir

28.08.17 | Bölmə: İqtisadiyyat | Baxış: 337 | Yazar: Bakixeber |
“Kaspersky Lab”: Azərbaycan göndərilən spamın sayına görə qlobal reytinqdə 70-cidir






“Kaspersky Lab” şirkətinin ekspertləri hesab edirlər ki, qlobal miqyasda spamerlərin korporativ sektora marağı artır.
Melumat-merkezi.az xəbər verir ki, 2017-ci ilin II rübündə şirkətin mütəxəssisləri müxtəlif təşkilatların əməkdaşları tərkibində zərərverici əlavələr olan elektron məktubların aldığını müəyyən ediblər. Bu cür məktublara bir çox müxtəlif zərərvericilər (o cümlədən, hücum olunan təşkilatın daxili servislərinə və maliyyə sistemlərinə daxil olmaq üçün login və parolların oğurlanması) əlavə olunur.
Bundan başqa, ifşa olunmamaq üçün spamerlər bir sıra fırıldağa əl atırlar. Məsələn, zərərverici proqramlar parollu arxivə yerləşdirilərək göndərilir ki, müdafiə həlləri onları açmamışdan öncə müəyyən edə bilməsin.
Məktubları alan şəxslərin sayıqlığını zəiflətmək üçün isə cinayətkarlar zərərverici yollamaları işgüzar məktublaşma kimi maskalayırdılar – bununla belə, onlar nəinki iş poçtunu kopyalayır, həmçinin mövcud şirkətin rekvizitlərindən, imzalarından və loqotiplərindən istifadə edirlər, məktubun mövzusu bölməsində isə şirkətin fəaliyyət profilinə uyğun olmağa çalışırlar.
Spam-yollamalar üzrə (o cümlədən, korporativ istifadəçilər üçün) ötən rübün ən qaynar mövzusu “WannaCry” şifrələyicisi olub. Bütün dünya üzrə poçt vasitəsilə yeni zərərverici ilə mübarizə aparmağa dair xidmətlər təklif olunurdu: yoluxmanın qarşısının alınması, təlim seminarlarının keçirilməsi və s. Bəzi məktublar tanınmış proqram təminatı istehsalçıları adından göndərilirdi. Məktubda qeyd olunurdu ki, istifadəçinin kompüteri virusa yoluxub və o, müəyyən bir yenilənməni quraşdırmalıdır. Məktubda yenilənməni yükləmək üçün link də qeyd olunurdu, lakin bu link istifadəçini fişinq səhifəsinə yönləndirirdi.
Ümumiyyətlə, II rüb ərzində dünya poçt trafikində spamın payı cüzi artaraq 57% təşkil edib. 2017-ci ilin II rübünün yekunklarına görə, spamın mənbəyi üzrə dünya reytingində ilk üçlükdə dəyişiklik baş verib. Siyahıda ən çox göndərilən spam üzrə ilk yerdə göstəricisi 12,37% təşkil edən Vyetnam qərarlaşıb. İkinci yeri göndərilən spamın payı 8,65% bəndi azalaraq 10,1% təşkil edən ABŞ tutb. Üçlüyü əvvəlki kimi Çin tamamlayır, bu ölkənin göstəricisi rüb ərzində 1,19 faiz bəndi artaraq 8,96%-ə çatıb. Azərbaycan isə bu göstəriciyə görə siyahıda 70-ci yerdədir.
Spam və fişinqdə digər rəqəmlər və tendensiyaları ilə “Kaspersky Lab”ın analitik hesabatında (https://securelist.ru/spam-and-phishing-in-q2-2017/80137) tanış olmaq mümkündür.
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Baş həkim koronavirusa yoluxub – Beyləqanlılar onun tezliklə sağalmasını istəyir
Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.