Məşhur aktyoru öldürən qadın haqda şok detallar: “Boşanmazsa, onu öldürəcəm”
28.08.17 | Bölmə: Şou-Biznes | Baxış: 432 | Yazar: Bakixeber |

Məşhur aparıcı Vatan Şaşmazı otel otağında tapança ilə vuraraq öldürən, sonra isə intihar edən keçmiş maneken Filiz Aker haqqında şok məlumatlar ortaya çıxıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 il əvvəl Kilyosda Akerin bir nəfər tərəfindən qaçırılmağa təşəbbüs etdiyi bildirilir. 19 fevral 1990-cı ildə “Milliyet” qəzetində keçmiş modelin xəstəxananın yatağında çəkilən şəkili yayımlanıb. Model və film ulduzu Aker Kilyos yolunda otuz yaşındakı bir təcavüzkar tərəfindən qaçırılmaq istənilib. O, həmin şəxsin avtomobildən atlayaraq ağır yaralanıb.
Keçmiş sevgilisi də öldürülüb
Filiz Aker ilə adı eşq dedi-qodularına qarışan iş adamı Şəmsi Denizer 6 avqust 1999-cu ildə Zonguldakdakı evinin qarşısında silahlı hücuma məruz qalıb. Cengiz Balıkın silahından çıxan 13 güllə ilə yaralanan Denizer həyatını itirib. Balık cinayəti 40 milyon manat borc üçün işlədiyini deyib. Lakin hadisənin ardında başqa şəxslərin olub-olmadığı qaranlıq qalıb.
Akerin son sözləri
Filiz Aker cinayətdən 3 saat əvvəl sosial mediada "Həyat, hər anın üçün çox təşəkkür edirəm” sözlərini paylaşıb.
Cütlük haqqında müxtəlif iddialar var
Vatan Şaşmazın Filiz Akerdən 1 milyon dollar borc aldığı iddialar arasındadır. Vatanın daha sonra pulu qaytarmayacağını dediyi, modelin onu bu səbəbdən öldürdüyü deyilir.
Digər tərəfdən, Filiz Akerin V.Şaşmazla gizli eşq yaşadığı da bildirilir. Akerin təxminən üç ay əvvəl intihara cəhd etdiyi də iddia olunur.
Şaşmazı öldürəcəyini deyibmiş
Akerin yaxın dostu Nurcan Sabur da maraqlı iddialar irəli sürüb. O, modelin iki il bundan əvvəl həb içib, intihara cəhd etdiyini bildirib.
Aker 10 il idi ki, Şaşmazı qarşılıqsız sevirdi və "Ona 3-4 milyon xərclədim. Arvadından boşanmazsa, onu öldürərəm” dediyi də ortaya çıxıb.
(səs: 0)
Oxşar:
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Azərbaycanda pul bazasının həcmi kəskin artıb
03.04.21 | Son Xəbər » İqtisadiyyat
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
27.03.21 | Son Xəbər » Xarici xəbərlər
Neftçi İK Ağsu komandası qələbə qazandı
22.02.21 | İdman
İnsanlara inteqrativ tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
22.02.21 | Xəbər Lenti
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
19.01.21 | İqtisadiyyat
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət