А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Baş Prokurorluq və DİN Kürdəmirdəki qətllə bağlı məlumat yaydı

29.08.17 | Bölmə: Son Xəbər | Baxış: 322 | Yazar: Bakixeber |
Baş Prokurorluq və DİN Kürdəmirdəki qətllə bağlı məlumat yaydı






Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Kürdəmirdə törədilmiş qətllə bağlı birgə məlumat yayıb.
Baş Prokurorluqdan Melumat-merkezi.az-a daxil olan məlumatda bildirilir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonunda cari ilin əvvəlində törədilməklə bağlı qalmış qətlin üstü açılıb. Belə ki, cari il martın 22-də səhər radələrində Kürdəmir rayonunun Yenikənd kənd sakini Namiq Qubatovun baş nahiyəsindən aldığı xəsarətlə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi, tibbi personal tərəfindən göstərilən səylərə baxmayaraq orada ölməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar Kürdəmir rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə çıxıb, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla N.Qubatovun yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində qətlə yetirildiyi məlum olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, rayon prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının birgə peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin mərhumun həmkəndlisi - əvvəllər oğurluğa, qəsdən sağlamlığa ağır zərərvurmaya görə üç dəfə məhkum olunmuş Rahim Mirzəyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı "TOZ-8” markalı tüfəngdən atəş açaraq törədildiyi müəyyən edilib.
R.Mirzəyev avqustun 26-da polis əməkdaşları tərəfindən saxlanılıb, cinayətin aləti olan silah isə yaşadığı evin həyətində olan tövlədə aşkar edilərək maddi sübut kimi götürülüb.
R.Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Qobustan rayon polis şöbəsində yeni təyinat olub
Vilayət Eyvazov onu rəis təyin etdi
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
Məktəb psixoloqları üçün imtahan keçiriləcək
Turizm sahəsinə vergi güzəştləri tətbiq ediləcək
SABAHDAN BAŞLAYIR - Dekabrın 22-dək...
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Sosial evlərlə bağlı qərar verildi
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
Sabah hava necə olacaq?
Azərbaycanda Milli Məclis buraxıldı
Təhsil şirkətlərinin aldatdığı tələbələr
Tbilisidə polis və etirazçılar arasında qarşıdurma baş verib
Attestat ala bilməyənlər üçün imtahanlar keçiriləcək
ABŞ Dövlət Departamenti NATO-nu tarixin ən uğurlu ittifaqı adlandırıb
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.