А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Oxunması zəruri olan kitablar sağlam gəncliyin formalaşması üçündür

31.08.17 | Bölmə: Son Xəbər | Baxış: 284 | Yazar: Bakixeber |
Oxunması zəruri olan kitablar sağlam gəncliyin formalaşması üçündür







Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” sərəncam imzalayıb.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyindən baki-xeber.com-a daxil olan məlumatda bildirilir ki, bəzi informasiya saytları sərəncamın mahiyyətini və əhəmiyyətini başa düşmədən “mülahizələr” səsləndirir, gənclər tərəfindən oxunması zəruri olan kitabları bütün muxtar respublika əhalisinə məcburi oxutdurulan kitablar kimi təqdim etməyə cəhd göstərirlər.
Əslində sərəncamda oxunması məcburi yox, zəruri olan kitablar gənc nəsil üçün nəzərdə tutulub. Təhsil və mədəniyyət müəssisələrində bu kitablardan ibarət güşələr yaradılacaq ki, bu da kitabların daha asan seçilməsinə və oxunmasına xidmət edəcək. Bir sözlə, söhbət ölkəmizin gələcəyi olan gənc nəslin kitaba və mütaliə mədəniyyətinə marağının artırılmasından gedir.
Tövsiyə olunan kitablar tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edir. Sərəncamda Ali Məclis Aparatına oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsi tapşırılıb. Yəni bu siyahı yeni nəşrlər hesabına daim zənginləşdiriləcək.
Xatırlatmaq yerinə düşər ki, vaxtilə Azərbaycanın böyük bir ziyalı nəslini yetişdirən Qori Müəllimlər Seminariyasında da oxunması zəruri olan kitabların siyahısı təsdiq və təşviq olunmuşdu.
Kitab və mütaliə mədəniyyəti haqqında təsəvvürü olmayanların isə diqqətinə çatdırırıq ki, fikir yürütməzdən, ictimaiyyətə ziddiyyətli məlumatlar verməzdən əvvəl, yaxşı olar ki, Sərəncamı diqqətlə oxusunlar.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Teletənqidçilər TV-ləri nişan aldı
227 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.