А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Bakıda məktəbəhazırlıq qruplarına 14 mindən çox uşaq qeydiyyatdan keçib

04.09.17 | Bölmə: Təhsil | Baxış: 187 | Yazar: Bakixeber |
Bakıda məktəbəhazırlıq qruplarına 14 mindən çox uşaq qeydiyyatdan keçib






Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 14948 ərizənin onlayn qeydiyyatı (05.09.2017-ci il tarixinə saat 12:00-a olan məlumata əsasən) aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Melumat-merkezi.az-a verilən məlumata görə, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 1-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 18-dək davam edəcək. Avqustun 15-dən həyata keçirilən məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 20-dək aparılacaq.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır.

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Məktəbəhazırlıq qrupuna qəbul üçün uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnamə; Azərbaycanın ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici ölkədə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda)), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə” məktəbə təqdim olunmalıdır.

Valideynin (digər qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə müvafiq sənədləri təqdim edərək övladının məktəbəhazırlıq qrupuna qəbul olunması barədə qəbz almasından sonra proses tam olaraq başa çatmış hesab edilir.

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı Apelyasiya Komissiyalarına müraciət etmək olar.

Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbəb Lenti:

Azərbaycanın “Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb
“BP” və Energetika Nazirliyi bərpa olunan enerji mənbələri ilə bağlı Anlaşma Memorandumu imzalayıb
Azərbaycanda ən çox buğda və arpa hansı rayonlarda səpilib?
Prezident İlham Əliyev: Səhiyyə sahəsindəki islahatlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar
Bakının bu yollarında sürət həddi dəyişdirildi
Azərbaycanda 5 gün İŞ OLMAYACAQ
Havaya atılan tullantıya görə müəssisə cəzalanıb
Ticarət əməliyyatlarının həcmi 28 milyard dolları ötüb
İnam Kərimov dörd əsas fəaliyyət prinsipini açıqladı
Azərbaycanda hər dörd nəfərdən biri boşanır - STATİSTİKA
Azərbaycanda minik avtomobillərinin istehsalı 26 dəfədən çox artıb
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
Azərbaycanda məşğul əhalinin sayı açıqlanıb
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı infoqrafik məlumat açıqlanıb
Leyla Əliyeva: Bütün bunları törədənlər hərbi canilər kimi damğalanmağa layiqdirlər
Cavid Süleymanov yazır…Heydər Əliyev unudulmaz lider
Bakıda toy günü DƏHŞƏTLİ HADİSƏ
FHN-in kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi -
2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir - Səbəbi və həlli yolları Bakıda konfransda müzakirə olunur
Yağış, qar yağacaq, çaylarda sululuq artacaq
Nazirlik bu restoranları bağlayacaq - SİYAHI
Metroda DƏHŞƏTLİ HADİSƏ: relslərin üzərinə atıldı, qatar üstündən keçdi
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.