Prezident 74 saylı məktəbdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 74 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
XəzərXəbər xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 38 sinif, 2 informatika, 3 laboratoriya, idman və akt zalları, hərbi otaq, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1960-cı ildən fəaliyyət göstərir. Məktəbdə əsaslı təmir işləri Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb.
Təhsil müəssisəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrə yaxındır. 912 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Bina müasir səviyyədə əsaslı təmir olunub. Burada videomüşahidə, səsgücləndirici, yanğın xəbərdarlığı və internet sistemləri quraşdırılıb. Tədris müəssisəsi zəruri mebel-inventar və digər avadanlıqla tam təchiz olunub.
Yeni tədris ilində şagirdlərin ixtiyarına veriləcək futbol meydançasında da lazımi idman qurğuları qoyulub. Məktəbin həyətyanı ərazisində geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb.
Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.
(səs: 0)
Oxşar:
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
07.12.20 | Cəmiyyət
Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
26.11.20 | Cəmiyyət
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Ekspress avtobuslar belə işləyəcək
17.10.20 | Cəmiyyət