А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında fərman imzalayıb

06.09.17 | Bölmə: Siyasət | Baxış: 430 | Yazar: Bakixeber |
Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında fərman imzalayıb






Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (bundan sonra – Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir

Azərbaycan Prezidentinə:

- Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

- illik maliyyə hesabatlarının təsdiq edilməsi;

- icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

- təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

- xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edın əqdin bağlanmasına razılıq verilməsi;

- Agentliyin yenidən təşkili və ləğv edilməsi;

Agentliyə:

- inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

- strukturunun təsdiqi.

Müəyyən edilir ki, Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 4 000 000 (dörd milyon) manat təşkil edir; Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə İdarə Heyəti yaradılır; Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Agentlik dövlət qeydiyyatına alındığı gündən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin balansında olan əmlak Agentliyin balansına verilir.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin balansında olan əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsini bir ay müddətində təmin etsin; Agentliyin investisiya əməliyyatlarının aparılması qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Agentlik:

- dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

- strukturunu və işçilərinin say həddini bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi Agentliyin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etsin.

- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Vaqif Dərgahlı: Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib
Əsgərlərimiz Qarabağda məşhur erməni qadın snayperi məhv etdilər - FOTO
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı - Yaş həddi müəyyənləşdi
Bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 20:00-a qədər işləyəcək
Vanqanın Azərbaycan haqqında dedikləri
Komendant saatına görə qatarların hərəkət cədvəli dəyişdi
İstanbulda Ermənistanın Azərbaycana qarşı təxribatına etiraz aksiyası keçirilib
Dağlıq Qarabağ problemi qardaş Türkiyə gündəmində
Vaqif Dərgahlı: Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var
Türkiyəli jurnalist:
“Qarabağdan mənim də səsim gələcək!”- Məşhurlarımız orduya dəstək oldu
Emin Ağalarov Azərbaycana belə dəstək oldu
Hərbi vəziyyətə görə Bakıdan bu təyyarə reysləri ləğv edildi
Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib
Qismən səfərbərlik elan olundu - Kimlər və nə qədər müddətə orduya çağırıla bilər?
Ermənilər yaralı hərbçilərinin sayını açıqladılar
Bakıda gənclər və idmançılara çağırış
Azərbaycanda qismən səfərbərlik elan edilib
Azərbaycan və Fransa prezidentləri cəbhədəki vəziyyəti müzakirə etdi
Ərdoğan erməni xalqına MÜRACİƏT ETDİ
Erməni hərbçilər üçün xəstəxanada yer tapılmır - Düşmən böyük itki verir
Avstraliya mətbuatı erməni təxribatından yazdı
Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.