А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Füzulidə kənd təsərrüfatı kooperativləri yaradılır

08.09.17 | Bölmə: Cəmiyyət | Baxış: 360 | Yazar: Bakixeber |
Füzulidə kənd təsərrüfatı kooperativləri yaradılır





Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızada həyata keçirilən aqrar siyasətin əsasında əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, ixrac potensialının artırılması, aqrar sahənin inkişafı ilə yerlərdə əhalinin məşğulluğunun təmin edilməsi dayanır. Bu məqsədilə yerlərdə müasir aqroparkların, iri fermer təsərrüfatlarının, xüsusilə kooperativlərin yaradılması mühüm önəm daşıyır. Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq torpaqlardan daha da səmərəli və məqsədyönlü istifadə olunması istiqamətində ciddi addımlar atılır. Belə ki, rayon ərazisində əvvəllər pərakəndə və kortəbii şəkildə istifadə olunan ərazidə ötən il hər biri 1000 ha olmaqla 4 böyük taxılçılıq təsərrüfatı yaradılmış, 2700 ha ərazi isə Nazirlər Kabinetinin qərarı ilə təyinatı dəyişdirilərək müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı və ətlik və südlük istiqamətli heyvandarlıq kompleksi yaradılması üçün Aqroparkın istifadəsinə verilmişdir. Halhazırda rayonda kənd təsərrüfatı kooperasiyalarının yaradılması istiqamətində işlərə başlanılmışdır. Belə ki, Prezident cənab İlham Əliyevin “Kənd təsərrüfatı kooperasiyası haqqında” Fərmanına və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Əhmədalılar kəndində 105 torpaq istifadəçisi öz şəxsi mülkiyyətlərində olan torpaqları könüllü birləşdirərək kənd təsərrüfatı kooperativi yaradıblar. Artıq kooperativin nizamnaməsi təsdiq edilib, hüquqi sənədləri hazırlanıb. 105 torpaq istifadəçisi öz torpaqlarını könüllü şəkildə birləşdirərək ümumi sahəsi 180 hektar olan iri kənd təsərrüfatı kooperativi yaradıblar. Kooperativ iştirakçıları öz təsərrüfatlarında ilkin mərhələdə ərzaq buğdası və pambıq bitkisi yetişdirməyi planlaşdırırlar.
Kooperativ iştirakçıları bildirirlər ki, məqsədləri 105 kənd sakininin könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisəsi yaratmaq, kollektiv istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır.
Əhmədalılar kənd sakinləri olan kooperasiya iştirakçılarının böyük bir hissəsi əvvəllər onlara verilən torpaqları əkib-becərə bilmədiklərini, torpaqdan lazımi qazanc götürmədiklərini vurğulayırlar. Bildirirlər ki, vəziyyətdən çıxış yolu kooperativ yaratmaqdadır. “Yəni burda əsas məqsədimiz torpağı, texnikanı, gücləri bir yerə toplayıb kollektiv təsərrüfat yaradmaqla, yaxşı qazanc götürməkdir. Bu yolla az zəhmət və xərc çəkməklə daha çox və keyfiyyətli məhsul əldə etmək mümkündür. Kənd təsərrüfatı kooperasiyalarının yaradılması ilə heç kəs heç kəsə torpağını vermir. Hər bir adamın öz torpağı öz mülkiyyətində olur. Sadəcə torpaqdan birgə istifadə olunur”-deyə kooperasiya iştirakçıları vurğulayıblar.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Əhmədalılar kəndində olmuş, kooperativ iştirakçıları ilə görüşmüşdür. Alı Alıyev ölkə başçısının kənd təsərrüfatı kooperasiyaları yaradılması ilə Fərmanından irəli gələn məsələlərdən danışmışdır. Bildirmişdir ki, kənd sakinlərinin torpaqlarını birləşdirib könüllü kooperativlər yaratmaları cəbhə bölgəsində yaşayan məcburi köçkün əhalinin sosial rifah halının yüksəlməsinə, məşğulluq səviyyəsinin artmasına gətirib çıxaracaqdır.
Alı Alıyev qeyd edib ki, yaxın günlərdə Əhmədalılar kəndində daha bir kənd təsərrüfatı kooperativinin yaradılması nəzərdə tutulur. Belə ki, daha 473 kənd sakini 230 hektar torpaq sahələrini birləşdirərək kooperativ yaratmağı planlaşdırır.
Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayonda kənd təsərrüfatı kooperasiyaları yaratmaqla füzulililər Prezident cənab İlham Əliyevin Kənd təsərrüfatı kooperasiyası haqqında” Fərmanına və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına öz töhfələrini verəcəklər.

Melumat-merkezi.azскачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.