А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Övladlığa verilən 65 uşaq geri alınıb

13.09.17 | Bölmə: Cəmiyyət | Baxış: 435 | Yazar: Bakixeber |
Övladlığa verilən 65 uşaq geri alınıb






Azərbaycanda 2016-cı ildə 773 uşaq övladlığa götürülüb. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib.

"Övladlığa verilənlər arasında atalı-analılar da var”

Komitə rəsmisi bildirib ki, həmin uşaqlar arasında valideyn himayəsindən məhrum olanlar, atalı-analı uşaqlar da var:
"Uşaqlar həm Azərbaycan vətəndaşı olan şəxslər, həm də əcnəbilər tərəfindən övladlığa götürülüb.
2016-cı ildə övladlığa götürmənin ləğvi ilə bağlı 65 hal qeydə alınıb. Uşaqlardan 42 nəfəri 17 yaş həddində olub. Eyni zamanda 13 nəfəri qız uşağıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birbaşa səlahiyyətinə aid olan ölkələrarası övladlığa götürmə ilə bağlı məsələyə gəlincə, Komitə övladlığa verilmənin öz vətəndaşımız olan uşağın mənafeyinə uyğun olub-olmaması ilə bağlı məhkəməyə rəy təqdim edir. Bu rəy əsasında məhkəmə uşağın əcnəbiyə verilib-verilməməsilə bağlı qərar çıxarır”.

Övladlığa götürənlər hansı ölkə vətəndaşlarıdır?

Qurum rəsmisi qeyd edib ki, 2017-ci ilin ilk 6 ayı ərzində 6 uşaq övladlığa verilib:
"Müraciətlər əsasən qarışıq nikahlarla bağlı olub. Məsələn, Azərbaycan vətəndaşı olan xanımın əcnəbilə nikaha daxil olması nəticəsində bunlardan birinin əvvəlki nikahdan doğulan uşaqlarının övladlığa götürülməsi kimi... Bunlar valideyn himayəsindən məhrum olmuş və dövlət müəssisəsində olan uşaqlardır. Eyni zamanda, müraciət edənlər əsasən, Rusiya, Türkiyə vətəndaşı ilə nikaha daxil olanlardır”.

18 yaşına qədər dövlət nəzarəti...

Şöbə müdiri bildirib ki, uşaqlar övladlığa verildikdən sonra məhkəmənin qərarına əsasən, 18 yaşına qədər onların sonrakı taleyinə, təlim-tərbiyəsinə, tibbi-psixoloji vəziyyətinə nəzarət edilir:
"Komitə hər altı aydan bir övladlığa götürən əcnəbilərdən hesabatlar alır. Əgər hər bir uşaqla bağlı alınan hesabatlarda hansısa problem varsa, bu istiqamətdə müvafiq işlər həyata keçirilir. Bu vaxta qədər hesabatların təqdim olunmasında hər hansı problem qeydə alınmayıb. Həm Komitə, həm də Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, konsulluqları tərəfindən həmin uşaqların vəziyyətilə bağlı nəzarət tədbirləri görülüb”.

"Əcnəbilər daha çox xəstə uşaqları övladlığa götürür”

T.İbrahimova deyib ki, övladlığa götürmə zamanı sağlam uşaqlara daha çox tələbat var:
"Azərbaycan vətəndaşları daha çox 3 yaşına qədər sağlam uşaqları ailələrinə qəbul edirlər. Əcnəbilər isə məsələyə fərqli yanaşırlar. Onlar daha çox fiziki qüsurlu uşaqları himayəyə götürürlər. Əcnəbilər uşaqların xəstəliklərinin müalicəsində, qüsurlarının aradan qaldırılmasında çox maraqlı və məsuliyyətli olurlar. Biz bu kimi halı dəfələrlə müşahidə etmişik. Onlar əlində, ayağında qüsuru olan, dovşandodaq uşaqları ailələrinə qəbul etməkdən çəkinmirlər. Çünki əcnəbilər uşaqların sağlamlığının qeydinə qalırlar”.

Bu halda övladlığa götürmə ləğv edilir...

Qurum rəsmisi bildirib ki, övladlığa götürülən uşaqlar əsasən 11-17 yaşlılardır:

"Onlar ailələrə verilərkən yeni üzvlərlərlə müəyyən uyğunsuzluqlar, narazılıqlar yaranır. Bu halda övladlığa götürən valideynlər hövsələsizlik göstərir və s. Belə çıxılmaz hallarda övladlığa götürmə ləğv olunur. Problem daha çox oğlan uşaqları ilə bağlı olur. Hazırda Komitə tərəfindən Ailə Məcəlləsinin təkmilləşdirilməsilə bağlı layihə hazırlanıb. Həmin layihə dövlət orqanları ilə razılaşdırma mərhələsindədir”.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
Gəncə-Qubadlı-Şuşa-Kəlbəcər bizi gözləyir
Prezident İlham Əliyev: Bu sənəddə öhdəlik var, dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan
Prezident İlham Əliyev xalqa müraciət edib
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Prezident İlham Əliyev:
Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.