А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Peşə məktəblərində oxuyan şagirdlərin fəaliyyəti stimullaşdırılacaq.

14.09.17 | Bölmə: Cəmiyyət | Baxış: 161 | Yazar: Bakixeber |
Peşə məktəblərində oxuyan şagirdlərin fəaliyyəti stimullaşdırılacaq.





rin fəaliyyəti stimullaşdırılacaq. Bu, peşə təhsilinə olan marağı daha da artıracaq.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, hazırda dövlət peşə məktəblərində təhsil alan şagirdlərə təqaüd verilir. Bu işi stimullaşdırmaq üçün peşə təhsili müəssisələrinin şagirdlərinə istehsalat təcrübəsi keçərkən gördüyü işin müqabilində əlavə əmək haqqı vermək nəzərdə tutulur.

Bu məsələlərin yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsində öz əksini tapdığını deyən İ.Həbibbəyli qeyd edib ki, qanun layihəsi yaz sessiyasından etibarən hazırlanmağa başlanıb. Layihə hazırlanarkən xarici ölkələrin təcrübəsi öyrənilib, əmək bazarının tələbatı öyrənilib, ölkənin reallıqları nəzərə alınıb.

Qanun layihəsinin ilkin variantının artıq hazır olduğunu deyən İ.Həbibbəyli sənədin bu yaxınlarda komitədə müzakirəyə çıxarılacağını söyləyib: “Çalışacağıq ki, “Peşə təhsili haqqında” qanun layihəsi payız sessiyasının plenar iclasına tövsiyə olunsun”.

Komitə sədri qeyd edib ki, qanun layihəsində peşə təhsili müəssisələrinin 2 istiqamətdə inkişaf etdirilməsi məqsədəuyğun hesab edilib: “Bunun biri dövlət peşə təhsil sistemidir. Bu istiqamətdə ölkədə müəyyən ənənə var və bu sahə sürətlə inkişaf edir. Amma peşə təhsilinə olan marağın artması, hətta peşə məktəblərinin bəzilərində rəqabət mühitinin yaranması göstərdi ki, özəl peşə məktəblərinin də fəaliyyət göstərməsi məqsədəuyğun olar. Qanun layihəsində dövlət peşə məktəbləri ilə yanaşı, özəl peşə təhsili müəssisələrinin yaradılmasını zəruri hesab etdik. Dövlət peşə məktəbləri kimi özəl peşə məktəblərinin də funksiyalarının müəyyən olunması, onun fəaliyyətinin hüquqi baxımdan tənzimlənməsi məsələləri qanun layihəsində öz əksini tapıb. O cümlədən, lisenziyalaşdırma, onun idarəolunmasının prinsipləri, təsisçi ilə bağlı məsələlər də qanun layihəsində qeyd edilib”.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Qobustan rayon polis şöbəsində yeni təyinat olub
Vilayət Eyvazov onu rəis təyin etdi
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
Məktəb psixoloqları üçün imtahan keçiriləcək
Turizm sahəsinə vergi güzəştləri tətbiq ediləcək
SABAHDAN BAŞLAYIR - Dekabrın 22-dək...
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Sosial evlərlə bağlı qərar verildi
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
Sabah hava necə olacaq?
Azərbaycanda Milli Məclis buraxıldı
Təhsil şirkətlərinin aldatdığı tələbələr
Tbilisidə polis və etirazçılar arasında qarşıdurma baş verib
Attestat ala bilməyənlər üçün imtahanlar keçiriləcək
ABŞ Dövlət Departamenti NATO-nu tarixin ən uğurlu ittifaqı adlandırıb
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.