А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

BNA-dan avtobuslarda ünvanların yeni adlarla göstərilməsi ilə bağlı xüsusi tapşırıq

17.09.17 | Bölmə: Cəmiyyət | Baxış: 469 | Yazar: Bakixeber |
BNA-dan avtobuslarda ünvanların yeni adlarla göstərilməsi ilə bağlı xüsusi tapşırıq







Bakıda şəhərdaxili marşrut avtobuslarında bəzi ünvanlar köhnə adlarla göstərilir. Bəzi avtobuslarda marşrut lövhələrində "Semaşko", "Eksperimentalnıy", "Valadarka" və sair adlar yazılıb. Bu isə sərnişinlər arasında çaşqınlıq yaradır. Həmin yer və obyekt adlarının dəyişdirilməsinə baxmayaraq, belə ünvanlar hələ də avtobuslarda yer adları kimi qalır. Nəticədə həmin ünvanları yeni adlarla tanıyanlar üçün problem yaranır.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Trend-ə açıqlamasında bildirib ki, belə hallar vətəndaşların ünvanları səhv salmasına, sürücü və sərnişin arasında mübahisə və digər hallara səbəb olur:

"Bakı şəhərində bütün marşrut avtobusları üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən təsdiq olunmuş hərəkət sxemi var. Həmin sxemdə bütün dayanacaqların adları göstərilib. Avtobuslarda yer və ünvan adları həmin sxemə uyğun göstərilməlidir. Avtobuslarda bu adların həmin sxemdən fərqli göstərilməsi Bakı Nəqliyyat Agentliyinin təsdiq etdiyi sxemin pozulmasıdır. "Semaşko" adlı Bakıda obyekt yoxdur. Xəstəxananın adı indi Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasıdır. Gənclər bəzi hallarda "Semaşko"nun hara olduğunu bilmir, bu barədə məlumatı yoxdur. Avtobus sürücüləri, daşıyıcılar deyə bilər ki, yaşlı insanlar həmin obyektləri və yerləri köhnə adlarla tanıyır. Amma həmin yerlər indiki adları ilə göstərilsə, bundan çox az sərnişin əziyyət çəkər və tədricən yeni adlar tanınar".

Ə.Hüseynov qeyd edib ki, bu məsələyə Bakı Nəqliyyat Agentliyi (BNA) müdaxilə etməlidir: "Əslində, Bakı Nəqliyyat Agentliyi daşıyıcılardan bunu tələb etməlidir və tələb edir də. Lakin daşıyıcılar özləri bildiyi kimi hərəkət edirlər. Hazırkı situasiya görülən inzibati tədbirlərin lazımi nəticə vermədiyini göstərir".

BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev isə Trend-ə bildirib ki, belə problemlər var və onların aradan qaldırılması üçün tədbirlər görülür:

"Bakı Nəqliyyat Agentliyi dayanacaqlar və avtobuslardakı məlumat lövhələrində məlumatların, ünvan adlarının mövcud adlarla yazılmasının tərəfdarıdır. Köhnə adlarla ünvan göstərilməsi Agentlik tərəfindən də qəbul edilmir, bu, doğru deyil. Dayanacaqlarda, avtobus lövhələrində ünvanların, dayanacaq adlarının mövcud adlarla göstərilməsi istiqamətində işlər aparılır. Məsələn, keçmiş "Sovetski" kimi tanınan ərazidə aparılan abadlıq-quruculuq işləri nəticəsində yeni salınan yollardakı dayanacaqlarda yeni adlarla məlumat lövhələri yazılıb. Avtobusların üzərindəki məlumat lövhələrinin dəyişdirilərək həmin adlarla yazılması barədə daşıyıcılara xüsusi tapşırıqlar verilib və bu istiqamətdə tədbirlər davam etdirilir".скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
Gəncə-Qubadlı-Şuşa-Kəlbəcər bizi gözləyir
Prezident İlham Əliyev: Bu sənəddə öhdəlik var, dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan
Prezident İlham Əliyev xalqa müraciət edib
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Prezident İlham Əliyev:
Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.