А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

SOCAR istiqrazlarının qiyməti artdı

18.09.17 | Bölmə: İqtisadiyyat | Baxış: 367 | Yazar: Bakixeber |
SOCAR istiqrazlarının qiyməti  artdı






Azərbaycanda kütləvi şəkildə alınıb-satılan yeganə qiymətli kağızlar – SOCAR İstiqrazları yenidən bahalaşıb.

İstiqrazların təkrar bazarı üzrə market-meyker "PSG Kapital" şirkətindən Melumat-merkezi.az-a verilən məlumata görə, hazırda SOCAR İstiqrazlarını birjada 1 007 dollara satmaq, 1 010 dollara almaq olar.

Bahalaşmanın əsas səbəbi bazarda istiqrazlara tələbatın artması və növbəti faiz ödənişinin yaxınlaşmasıdır. Nominal qiyməti 1 000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. İndiyədək istiqraz sahibləri üç dəfə – 17 yanvar, 17 aprel və 17 iyul tarixlərində faiz ödənişi (hər istiqraza görə 12,5 dollar) alıb və onlara ümumilikdə 3,75 milyon dollar ödənilib. Növbəti ödəniş oktyabrın 17-də nəzərdə tutulub və həmin gün investorlara 1,25 milyon dollar ödəniləcək.

Bəzi alıcılar da faiz ödənişlərindən gəlir götürmək üçün həmin vaxtadək istiqrazları almağa çalışırlar. Məhz buna görə son vaxtlar istiqrazların satışı xüsusilə sürətlənib. Təkcə son bir həftədə təkrar bazarda 1 milyon dollardan artıq SOCAR İstiqrazı alınıb-satılıb.

İnvestorların SOCAR İstiqrazlarına marağını artıran digər cəhət SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür.

Bu səbəbdən fiziki və hüquqi şəxslər arasında SOCAR İstiqrazlarına böyük tələbat yaranıb.

Qeyd edək ki, təkrar bazarda SOCAR İstiqrazlarını Azərbaycan vətəndaşları və şirkətləri ilə yanaşı, xarici fiziki və hüquqi şəxslər də ala bilərlər. Ötən müddət ərzində qiymətli kağızlara xarici investorlar tərəfindən də böyük maraq müşahidə olunub. Hazırda SOCAR İstiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları da var.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.