А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

"Elektron hökumət" portalına daha 3 e-xidmət əlavə olunub

21.09.17 | Bölmə: İqtisadiyyat | Baxış: 314 | Yazar: Bakixeber |
"Elektron hökumət" portalına daha 3 e-xidmət əlavə olunub






Əmlak Məsələləri Dövlət Komitəsinin 3 xidməti elektronlaşdırılaraq "Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiya edilib. Bununla da, Əmlak Məsələləri Dövlət Komitəsinin “Elektron hökumət” portalı üzərindən təqdim olunan xidmətlərinin sayı 35-ə çatıb.

Bu barədə Melumat-merkezi.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan məlumat verilib.

Komitənin “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi”, “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi”, “AzPOS sisteminə qoşulmaq üçün müraciətin və sənədlərin qəbulu” adlı xidmətlərindən artıq "Elektron hökumət" portalında - www.e-gov.az istifadə etmək olar.

“Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” xidməti vasitəsilə vətəndaş ölkə üzrə şəhər, rayon, qəsəbə və ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin adını qeyd etməklə mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub-olmadığı haqqında məlumat əldə edə bilər.

“Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidməti üzrə də vətəndaş ölkə üzrə ünvanı göstərməklə həmin ərazi üzrə mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatları ala bilər. Hər iki xidmət üçün ödəniş tələb olunur.

İstənilən ərazidə çöl-ölçmə işlərini aparmaq və ərazinin koordinatlarını müəyyən etmək istəyən qurum AZPOS vasitəsilə göstərilən xidmətlərdən yararlanmaq imkanına malikdir. Portala inteqrasiya olunan üçüncü xidmət AZPOS sisteminə qoşulma üçün müraciəti və sənədlərin qəbulunu ehtiva edir.

Qeyd edək ki, AZPOS (Azerbaijan Positioning Observation System) Azərbaycan ərazisində geodeziya-ölçü işlərində tətbiq olunan yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcək
Miqrasiya Xidmətindən “#evdəqal“ videoçarxı - Video
Azərbaycanın baş infeksionistdən Covid-19 günlərində hamilə qadınlara məsləhət
Temperatur aşağı düşəcək, güclü külək əsəcək
Kimlər aptekə, mağazaya və ya banka istənilən vaxt getməkdə sərbəstdir? - RƏSMİ
Məşhur idmançının övladlarından örnək addım
Füzuli rayonunda yaşlılara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir
Evdə qal: həyata qarşı daha güclü dayana, gələcəyə təbəssümlə baxa bilmək üçün...
Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.