А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Azərbaycanda bu il payızın havası 20 gün ləngiyib

24.09.17 | Bölmə: Cəmiyyət | Baxış: 308 | Yazar: Bakixeber |
Azərbaycanda bu il payızın havası 20 gün ləngiyib





Azərbaycanda bu il sentyabr ayında havanın temperaturunun enməsi prosesi ləngiyib.

Bunu Trend-ə özəl olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, hər il sentyabrda havanın temperaturunun aşağı düşməsi sentyabrın əvvəllərində baş verirdi: "Bu il isə bu proses təxminən 20 gün ləngidi. Havanın temperaturunun enməsi sentyabrın 20-dən sonra baş verdi".

M.Həsənov əlavə edib ki, bu il sentyabrın 20-dək olan dövrdə hər gün havanın orta temperaturu əvvəlki illərin sentyabr ayı üçün olan orta rəqəmlərə nisbətən 2-3 dərəcə yüksək qeydə alınıb.

Onun sözlərinə görə, ümumilikdə iqlim dəyişmələri ilə əlaqədar bu il sentyabr ayı iqlim normalarına nisibətən isti keçib.

Hazırkı havanın sentyabr üçün xarakterik olduğunu deyən M.Həsənov qeyd edib ki, sentyabrda cənub istiqamətindən gələn hava kütlələri üstünlük təşkil edib. Ona görə də cənub və cənub-şərq istiqamətli, yəni tropik hava kütlələrinin ərazidə müşahidə edilməsi daha uzunmüddətli olub:

“Bu səbəbdən havanın temperaturu normaya nisbətən 2-3 dərəcə yüksək qeydə alındı. Bütün bunlar iqlim dəyişmələrinin nəticəsidir. İndi isə şimal-qərb hava kütlələrinin daxil olması gözlənilir. Ona görə də bu hava sentyabr ayı üçün səciyyəvidir”.

Qeyd edək ki, sentyabrın 23-ü gündüzdən başlayaraq, ölkə ərazisində hava qeyri-sabit keçir. Sinoptiklərin verdiyi məlumata görə, sentyabrın 26-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirmişdi ki, Azərbaycanda 2003-cü ildən sonra ilk dəfə olaraq, bu ilin sentyabr ayında uzun müddətli isti hava şəraiti müşahidə edilib. Sonuncu dəfə Bakıda 2003-cü ilin sentyabr ayının ilk ongünlüyündə uzun müddətli isti hava şəraiti müşahidə edilib: “Bu il isə sentyabrda daha uzun müddətli istilər müşahidə edilir. Yalnız sentyabrın 7-8-də qeyri-sabit hava şəraiti müşahidə edilib. Həmin günlər istisna olmaqla, qalan günlərdə hava isti keçib. Bundan əlavə, havada rütubətin miqdarının da 2003-cü ilə nisbətən normadan daha artıq olması istilik effektini həmin illə müqayisədə artırıb”.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.