А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Alı Alıyev Bakıda məskunlaşan Füzuli sakinləri ilə görüşüb

25.09.17 | Bölmə: Cəmiyyət | Baxış: 243 | Yazar: Bakixeber |
Alı Alıyev Bakıda məskunlaşan Füzuli sakinləri ilə görüşüb





Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həftə sonu Bakı şəhərində məşkunlaşmış füzulili məcburi köçkünlərlə görüşüb, söhbət edib, onların problem və qayğılarını dinləyib.
Alı Alıyev qeyd edib ki, vətəndaşlarla yerlərdə keçirilən görüşlərdə əsas məqsəd qaldırılmış problemlərin yaranma səbəblərini, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.
Görüşdə Füzuli rayonundan olan məcburi köçkünlərin müraciət və təklifləri dinlənilib. Bakı şəhərində məskunlaşan rayon sakinlərinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə verilən vahid aylıq müavinətin verilməsi ilə bağlı müraciətləri yerində araşdırılıb. Məcburi köçkünlərə dövlət tərəfindən verilən vahid aylıq müavinətin verilməsində və bununla bağlı vətəndaşların müraciətlərinə laqeyd münasibət bəsləməsinə görə rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində müavin vəzifəsində işləyən Hüseynova Ziyafət Çərkəz qızı vəzifəsindən azad edilərək aşağı vəzifəyə keçirilib.
Alı Alıyev aidiyyəti xidmət təşkilatlarına, icra nümayəndələrinə vətəndaşların müraciətlərinə diqqətlə yanaşmağı, onların ərizə və şikayətlərinə qanunamüvafiq qaydada baxılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Görüşdə məcburi köçkünlər tərəfindən qaldırılan məsələlərdən həlli mümkün olanları yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülərək aidiyyəti üzrə göndərilib.
Füzulili məcburi köçkünlər müraciətlərinin həmişə diqqət mərkəzində saxlanıldığı bildiriblər, ən böyük arzularının isə işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması olduğunu qeyd ediblər.
Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Qobustan rayon polis şöbəsində yeni təyinat olub
Vilayət Eyvazov onu rəis təyin etdi
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
Məktəb psixoloqları üçün imtahan keçiriləcək
Turizm sahəsinə vergi güzəştləri tətbiq ediləcək
SABAHDAN BAŞLAYIR - Dekabrın 22-dək...
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Sosial evlərlə bağlı qərar verildi
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
Sabah hava necə olacaq?
Azərbaycanda Milli Məclis buraxıldı
Təhsil şirkətlərinin aldatdığı tələbələr
Tbilisidə polis və etirazçılar arasında qarşıdurma baş verib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.