А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

"Dədə Qorqud" parkı "pulsuz wi-fi" ilə təmin olundu

05.10.17 | Bölmə: Gündəm | Baxış: 291 | Yazar: Bakixeber |
"Dədə Qorqud" parkı "pulsuz wi-fi" ilə təmin olundu





"Baktelekom" "pulsuz wi-fi" zonalarının sırasına daha birini əlavə edib.

"Baktelekom"dan "APA-Economics"ə verilən məlumata görə, bu gündən etibarən "Dədə Qorqud" parkını istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər.

Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyət ("Baktelekom") tərəfindən reallaşdırılan "İctimai İnternet" layihəsi çərçivəsində qoşulma sayı artıq 1 milyonu ötüb.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"ya əsasən İKT-nin ölkəmizdə yeni inkişaf konturu kimi cəmiyyətin bütün üzvlərinin internet xidmətlərindən istifadəsinin təmin edilməsi hədəf seçilib.

Bu məqsədlə İKT sektorunda həyata keçirilən digər infrastruktur layihələri ilə yanaşı, Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, "İçəri şəhər", Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış və Zabitlər, eləcə də "Port Baku Residence" və "Port Baku Mall" arasında yerləşən park (Fashion Avenue) da "Pulsuz wi-fi" şəbəkəsi ilə təmin edilib.

"Baktelekom" tərəfindən hazırda daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə qoşulma nöqtələrinin sayı artırılır. Yaxın zamanda Nərimanov parkında quraşdırılma işləri yekunlaşdırılaraq şəbəkənin aktiv edilməsi gözlənilir. İlin sonuna kimi əhalinin sıx istirahət etdiyi digər parklar da ictimai internet şəbəkəsinə qoşulacaq.

Məlumat üçün bildirək ki, mart ayından etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları üçün istifadəyə verilən "Pulsuz wi-fi" şəbəkəsindən istifadə qaydaları çox asandır. Belə ki, istifadəçi mobil cihazında "wi-fi" siyahısından "Baktelekom"u seçməli, açılan giriş səhifəsində təlimata uyğun qaydada internetə qoşulmalıdır.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Deputatlığa namizəd Zaur Darabzadə autizmli uşaqlarla görüşdü
Ziya Bünyadovun qatilinin qohumu deputat olmaq istəyir — Tariximizə güllə atanların İDDİASI
Çovğun və güclü külək yaxınlaşır
Bəzi məktəblərdə şagirdlər üçün avtobuslar ayrılacaq
Bakıda baş redaktorun evi qarət olundu
İlqar Hüseynli:
Yadigar Sadıqlı kimdir ki?
Koronavirusdan ölənlərin sayı 80-ə, yoxulanların sayı 3 minə çatdı
Bu namizədlərin adının üstünə xətt çəkiləcək - MSK
Türkiyədə yenidən zəlzələ təhlükəsi - Avropada da hiss ediləcək
“Biz Baba Məmmədliyə “yox” deyirik” – Lənkərandan seçici ETİRAZI
Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir
“Həkimlərimizi tanıyın!” - Dr.Günay Əhmədova
Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlandı
Ağsu rayon İcra Hakimiyyətində kadr dəyişikliyi oldu
Bakının bu qəsəbələrinin yolları təmir edilir - 51 km yol asfaltlanıb
Deputatlığa xanım namizədə qarşı təxribat - VİDEO
Azərbaycanda ötən il 2,6% inflyasiya qeydə alınıb
Azərbaycan Prezidenti: Əminəm ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır
MSK sədri: “Parlament seçkiləri ilə əlaqədar 2 minə yaxın yerli və xarici müşahidəçi müraciət edib
Qan verək, bir körpəni xilas edək
DGK-nin büdcə daxilolmaları açıqlanıb
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.