“Üzən” yollar - Yağış yudu, gün qurutdu

Günlərdir davam edən yağışlardan sonra bu gün Bakıda günəşli havadır. Əslində bütün yayını quraqlıqda keçirən Bakının son intensiv yağışı özü ilə bir çox problemləri yenidən gün üzünə çıxardı. Yəni necə deyərlər yağış yağdısa da, çatlar örtülmədi. Çatdan söz düşmüşkən paytaxt yollarının yağış sularına dözümsüzlüyündən çat verməsi Bakının ənənəvi probleminə çevrilib artıq. Eyni ilə əsas küçələrdə drenaj sisteminin işləməməsi kimi. Təbiət öz işini görür, bəs biz niyə işləmirik?
Aktual sualdır. Di gəl ki,cavab tapa bilsək. Sosial şəbəkələri titrədən subasmış ərazilərdə bu gün hansı işlər görülüb bilmirəm.Gördüyüm odur ki, sel sularına qərq olan mərkəzi yolları günəş qurudub. Necə deyərlər yağış yudu, gün qurutdu. Bəs sonrası? Yağış yenə yağacaq axı. Arxasınca ağ qar da gələcək. Aidiyyatı qurumlar necə, üzümüzü qara edən bu problemlərə bir əncam çəkəcəkmi? Müşkül məsələyə oxşayır. O səbəbdən ki, bugünkü Bakının gözəlləşməsinin prioritet istiqaməti parklar və ağaclar, gecə bərq vuran işıqların çoxluğudur. Qalanı isə olmasa da olar. Doğrudur Bakıda yol infrastrukturunun inkişafına hesablanmış yeni yollar, körpülər də var. Amma inkişafın özü ilə gətirdiyi problemlər də var axı. Bakıya təkcə yağış deyil, insan seli də axır. Sakinləri kimi nəqliyyat sıxlığı da çoxaldıqca çoxalır, çoxalır. Amma ildən-ilə ötürülən problemlər yerində saymış kimi görünür. Yağış yağır, yollarda gölməçələr, işıqforlar xarab, ucu-bucağı görünməyən tıxaclar, tarıma çəkilmiş əsəblər... və s....və s....
Problemi hamı kimi onu aradan qaldırmağa borclu olan məmurlar da görür. Bəlkə aralarında bu tıxaclarda qalanları da var. Saatlarla tıxacda qaldıqlarından fikirləşməyə vaxtları da olur bəlkə. Sabah ilk işim bu məsələri bu cür həll edəcəm kimi nikbin planlar da cızılmış ola bilər tıxaclarda. Amma hər şey elə orada qalır. İllərin problemini gecə yağışlar yuyur, səhəri gün qurudur.
Əlqərəz, payız mövsümə çox “iddialı” başlayıb. Sinoptiklərin də oktyabr ayı üçün proqnozu artıq məxfi deyil - “Yağıntı aylıq normadan çox olacaq”. Demək ki, yağış sularında hələ çox üzəcəyik. Nikbin olub su aydınlıqdır deyibən , özünüzə təskinlik verməyin. Artıq “içiləndə” dərd verir o da.
Ləman Nürəddinqızı
(səs: 0)
Oxşar:
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Neftçi İK Ağsu komandası qələbə qazandı
22.02.21 | İdman
İnsanlara inteqrativ tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
22.02.21 | Xəbər Lenti
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
19.01.21 | İqtisadiyyat
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
07.12.20 | Cəmiyyət
Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
26.11.20 | Cəmiyyət
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq