А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Prezident İlham Əliyev nazirləri topladı

09.10.17 | Bölmə: Gündəm | Baxış: 361 | Yazar: Bakixeber |
Prezident İlham Əliyev nazirləri topladı





Azərbaycandakı ictimai-siyasi vəziyyət və İqtisadi inkişaf bir çox ölkələr üçün nümunədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin doqquz ayin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında belə deyib. İclasda 9 ay ərzində müxtəlif sahələrdə həyata keçirilmiş islahatlar və onların icra vəziyyəti müzakirə edilib. Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq.
Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq. Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin doqquz ayin sosial-iqtisadi inkisafinin yekunlarina və qarsida duran vəzifələrə həsr olunmuş iclasda deyib. Dövlət başçısı bildirib ki, 140 ölkə arasinda rəqəbətliliyi əks etdirən Davos Ümumdünya Iqtisadi Forumunun hesabatina görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxib və MDB məkaninda liderliyini qoruyur.
Prezident diqqətə çatdırıb ki,doqquz ayda ölkədə iqtisadi islahatlarla bagli ciddi addimlar atilib, sahibkarlara hərtərəfli şərait yaradılıb, investisiya təşviqi mexanizmi işə düsüb. İndiyədək 200-dən artiq investisiya təsviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Dövlət başçısı vurğulayıb ki, həyata keçirilən islahatların uğurlu olması iqtisadiyyatın şaxələndirilməsi, eləcə də müxtəlif sahələri əhatə edən strateji yol xəritələrinin planauyğun şəkildə icra edilməsi ilə bağlıdır
Prezident İlham Əliyev vurğulayıb ki,neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. "Azəri-Çıraq-Günəşli" yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb.Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək.Dövlət başçısı çıxışı zamanı icrası davam edən digər layihələr haqqında da danışıb. Onun sözlərinə görə "Şahdəniz-2" layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri 98 faiz səviyyəsində icra edilib.TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilib.
Dövlət başçısının sözlərinə görə dünyada qlobal böhranın hökm sürməsinə, neftin qiymətinin aşağı səviyyədə olmasına baxmayaraq aparılan düzgün iqtisadi siyasət nəticəsində qeyri neft sektoru ilin əvvəlindən indiyə qədər 2.5 faiz, valyuta ehtiyatları isə 4.5 milyard dollar artaraq hazırda 42 milyard dollar səviyyəsində olub. Prezident İlham Əliyev deyib ki, doqquz ay ərzində 226 min daimi iş yeri açılıb. Bu müddət ərzində yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir. buna paralel olaraq sosiaş infrastruktur da diqqət mərkəzində saxlanılıb.İlin əvvəlindən 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilib və təmir edilib. Azərbaycanda ictimai-siyasi vəziyyətin və iqtisadi inkişafın bir çox ölkələr üçün nümunə olduğunu deyən dövlət başçısı bu ilin sonunadək və gələcək illərdə də ölkəmizin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı qeyd edib ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət alıb. Bu il minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn il də davam etdiriləcək.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O vurğulayıb ki, münaqişənin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Ərazi bütövlüyümüzün danışıqlar predmeti ola bilməz.Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəri başdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar-deyə prezident qeyd edib.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Gəncə teraktının əmrini kim verib? - Korotçenko
Düşmənin Tərtəri atəşə tutması nəticəsində xeyli sayda yaşayış məntəqəsinə ziyan dəyib
Hücuma keçən düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi - RƏSMİ
Prezident İlham Əliyev: Paşinyan Azərbaycan xalqından üzr istəsin və desin ki, Qarabağ Ermənistan deyil
İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.