Aynur Musayeva: “Boşanma uşaq psixologiyasına mənfi təsir göstərir”

Bu gün Azərbaycan ailələrində boşanma demək olar ki, adi hala çevrilib. Çünki boşanma qərarı verən cütlüklər atdıqları bu addımla aralarındakı problemləri həll etdiklərini düşünürlər. Ancaq onlar düşünmür ki, boşanma qərarı tək iki nəfər arasında həll olunmur. Əgər o ailənin övladı varsa bu qərar daha çox uşaqlara təsir edir.
Məlumat üçün bidirək ki, ötən il Azərbaycanda 13 114 boşanma qeydə alınıb ki və ayrılma nəticəsində 11 295 uşaq valideynlərin biri ilə qalıb.
Boşanma prosesinin uşaqlara necə təsir etməsi barədə “Jaləm” Uşaq inkişaf Mərkəzinin direktoru, psixoloq Aynur Musayeva ilə söhbət etdik. O Melumat-merkezi.az-a açıqlamasında dedi ki, boşanma prosesi uşaqlara çox pis təsir edir və bəzən elə uşaqlar var ki, valideynlərinin bu qərarı ilı razılaşmayıb evi tərk edir ya da intihar barədə düşünür.
A.Musayevanın sözlərinə görə, günümüzdə uşaq psixologiyasına mənfi təsir göstərən faktorlardan biri valideynlər arasında olan problemlər və ya boşanmalardır: “Boşanma qaçılmazdırsa, heç olmasa uşağı buna hazırlamaq lazımdır: "Təəssüf ki, cəmiyyətimizdə etik qaydalar gözlənilmədən cütlüklər ayrılırlar. Boşanma tərəflərin alçaldılması, dava-qışqırıq, psixoloji, bəzi hallarda fiziki zərbələrsiz ötüşmür. Ana uşağın yanında atanı pisləyir, təhqir edir, onun mənfi tərəflərini şişirdir, hadisələri qabardır, eyni ilə ata da ananı. Nəticədə uşağın gözündə ata və ya ana modeli dağılır. Uşaqda ailəyə qarşı inam hissi qırılır. Övladın fikrində canlanan ailə modelini sındırmaqsa, insanlıqdan kənardır və bu, çox ciddi fəsadları olacaq bir addımdır”.

Psixoloq onu da bildirdi ki, uşaqlar üçün – boşanma bir qəzadır, təhlükəsizliyin və sevginin itməsidir. Kiçik yaşda olan uşaqlardan daha çox yeniyetmələri valideynlərin boşanması kəskin narahat edir: “Boşanmış ailələrin uşaqları daha çox aqressiv olurlar və bu uşaqlarda davranış pozuntularına rast gəlinir. Çox zaman məktəbəqədər yaşlı uşaqlarda qorxu, ətrafa qarşı əsəbilik müşahidə olunur. 3-6 yaşlardakı uşaqlarda yuxu problemləri, fikirlərini izah etməmək, yaşındalarından uzaqlaşmaq kimi vərdişlər müşahidə olunur. Məktəb yaşlı uşaqlarda isə dərslərində uğursuzluq, özünə qapanma halları qeydə alınır”.
A.Musayevanın dediyinə görə, uşaq ata yaxud anasının getdiyini gördükdə o biri valideynin də gedəcəyindən qorxur, bu zaman isə uşaqlarda ayrılıq qorxusu yaranır. Bununla əlaqədar olaraq, uşaqlar gecələri altını islatmağa, yuxu problemləri yaşamağa başlayırlar.
Həmsöhbətimiz hesab edir ki, uşaqlar boşanmanı faciə hesab edir və bu onlar üçün bu, böyük stressdir. Axı uşaqlar hər iki valideynlərini sevir və onları birlikdə görmək istəyirlər: “Çox zaman uşaqlarda narahatlıq hissi yaranır - birdən, valideynlərim məni tək qoyar? Mənim günahım nədir? Bəlkə, onlar mənə görə boşanır? Bəs dostlarım nə deyər? Axı mən nə edim? Bu səbəbdən də valideynlər boşanmazdan öncə uşaqları bu prosesə hazırlamalıdırlar. Boşanmanın zəruri olduğunu və bu olayda uşağın heç bir günahı olmadığını ona izah etməlidirlər”.
GÜNEL
(səs: 0)
Oxşar:
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Azərbaycanda pul bazasının həcmi kəskin artıb
03.04.21 | Son Xəbər » İqtisadiyyat
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
27.03.21 | Son Xəbər » Xarici xəbərlər
Neftçi İK Ağsu komandası qələbə qazandı
22.02.21 | İdman
İnsanlara inteqrativ tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
22.02.21 | Xəbər Lenti
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
19.01.21 | İqtisadiyyat
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət