А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Bakıda polis rəisinin müavinini güllələyən şəxslər tutulub - RƏSMİ

15.10.17 | Bölmə: Son Xəbər » Gündəm | Baxış: 545 | Yazar: Bakixeber |
Bakıda polis rəisinin müavinini güllələyən şəxslər tutulub - RƏSMİ





Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsi paytaxtda törədilən silahlı insidentlə bağlı birgə məlumat yayıb.

Şəhər Prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər.

Həmin faktı üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində “Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.

Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.

Həmin fakt üzrə Nizami rayon Prokurorluğunda Cinayət Məcəllsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və hadisə yerinə baxış keçirilib. Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Cinayət işləri istintaqın davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğunun icraatına verilib.

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər - 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar - 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda qeyd edilən cinayət işi üzrə hadisənin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.


*****

16:01

Mərhum prezident Heydər Əliyevin mühafizəçisi olmuş Müşfiq Mədətovun bıçaqlanması və ardınca keçirilən əməliyyatda polis zabiti Orxan Axundzadənin güllələnməsi olayı ilə bağlı yeni detallar üzə çıxıb.

Lent.az Virtualaz.org-a istinadən xəbər verir ki, silahlı hücumu edən şəxs “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub. Bu barədə adıçəkilən sayt məlumatlı mənbələrinə istinad edir.

Qeyd edək ki, “Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis olub.

Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin yaralandığı hadisənin təfərrüatlarına gəlincə, O.Axundzadə və 9-cu Polis Bölməsinin rəisi Elsevər Qədirov salonunda şübhəli şəxslərin olduğu “Toyota Prado” avtomobilini təqib ediblər.

Qara Qarayev prospektindəki “Ruslan 93” idman kompleksinin yaxınlığında Orxan Axundzadə “Toyota Prado” avtomobilinə yaxınlaşıb. Bu vaxt maşında olan üç nəfərdən biri polislərə “Vinçester” markalı tüfəngdən atəş açıb və onu yaralayıb.

Lent.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, cinayətkar dəstə üzvləri yaxalanıb.

*****

13:58

Xəbər verdildiyi kimi, dünən naməlum şəxslər mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, cinayətkarların tutulması əməliyyat keçirilən zaman, silahlı şəxslər polislərlə atışıb.

Atışma zamanı Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə yaralanıb.

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşları Mədətovu gücləndirilmiş mühafizə altına götürüblər. M.Mədətov ötən gecəni polis bölməsində keçirib. Hazırda isə o, polis idarəsinin binasındadır. Hüquq-mühafizə orqanları M.Mədətovun həyatına yeni sui-qəsddən ehtiyat edir.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, cinayətkarların tutulması üçün Daxili İşlər Nairliyində xüsusi əməliyyat qrupu yaradılıb. Hazırda Bakının bütün ərazilərində onların tutulması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd edək ki, dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bir qrup şəxs tərəfindən bıçaqlanıb. Silahlı şəxslər onları təqib edən Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni güllələyiblər.

*****

11:51

Dünən axşam saatlarında metronun “İçərişəhər” stansiyasının yaxınlığında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlanıb.

Lent.az moderator.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisindəki çayxanalardan birində baş verib.

Məlumata görə, 5 nəfər ona hücum edib. M.Mədətov bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi alıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, M. Mədətov mərhum dövlət başçısı Heydər Əliyevin prezidentliyinin ilk dönəmlərində onun mühafizəçisi olmuş, ardından Nizami rayonu 23-cü polis bölməsinin rəisi olub.

O, Cinayət Məcəlləsinin 149-cu (zorlama) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunaraq 2005-ci ildə 13 il müddətinə aadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun cəzasını 11 ilə endirib. 2011-ci ildə isə Azərbaycan prezidentinin əfv fərmanı ilə azadlığa çıxıb.

Yenicag.az xəbər verib ki, Müşfiq Mədətov “Qarabağ”ın futbolçusu Mahir Mədətovun əmisidir.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
Gəncə-Qubadlı-Şuşa-Kəlbəcər bizi gözləyir
Prezident İlham Əliyev: Bu sənəddə öhdəlik var, dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan
Prezident İlham Əliyev xalqa müraciət edib
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Prezident İlham Əliyev:
Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.