А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

7 boksçumuz Avropa birinciliyinin 1/4 finalına yüksəlib

23.10.17 | Bölmə: İdman | Baxış: 185 | Yazar: Bakixeber |
7 boksçumuz Avropa birinciliyinin 1/4 finalına yüksəlib





Antalyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub.

Melumat-merkezi.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində rinqə çıxan Amid Əlizadə (52 kq) ilk görüşündə Davey Oliver Yonseni (İrlandiya) sınağa çəkib. Gərgin keçən döyüş həmyerlimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, dörddəbir finalda İvan Pris ilə (İngiltərə) gücünü yoxlayacaq.

A.Əlizadənin uğurunu Orxan Həsənov (56 kq) da davam etdirib. Səkkizdəbir finalda ermənistanlı Jirayr Sarqsyanla (Ermənistan) qarşılaşan boksçumuz rəqibinə heç bir şans verməyib – 5:0. O.Həsənov dörddəbir finalda rusiyalı Aleksey Kiselyev ilə üz-üzə gələcək.

Nicat Həsənov (69 kq) da ilk görüşünü qələbə ilə başa vurub. Auqosto Simonye Buremiyə (İtaliya) 4:1 hesabı ilə qalib gələn idmançımız yarımfinal uğrunda Qabriel Dossen ilə (İrlandiya) döyüşəcək.

Yığmamızın şərəfini qoruyan digər boksçumuz Amin Kuşkovun (75 kq) qarşılaşması daha tez başa çatıb. İdmançımız Edqars Korzenevskisi (Latviya) ikinci raundda nokauta salıb. O, dörddəbir finalda fransalı Moreno Fendero ilə qarşılaşacaq.

Surət Qarayev (81 kq) də komanda yoldaşlarından geri qalmayıb. O, Kuştrim Veseliyə (Avstriya) 3:2 hesabı ilə qalib gələrək mərhələ adlayıb. Həmyerlimiz dörddəbir finalda Konrad Kajmarkeviç ilə (Polşa) mübarizə aparacaq.

Yığmamızın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) də ilk sınağını texniki qələbə ilə başa vurub. Milans Volkovsla (Latviya) döyüşən həmyerlimiz üçüncü raundun gedişində rəqibini nokauta salıb. Dörddəbir finalda onun rəqibi rumıniyalı Emanuel Mikan olacaq.

Qırx doqquz kiloqram çəki dərəcəsində rinqə çıxacaq Həsən İbrahimov mübarizəyə dörddəbir finaldan başlayacaq. O, Nikita Diniyevlə (Ukrayna) qüvvəsini sınayacaq.

Yığmamızın heyətində Sayad Lalayev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq) və İsmayıl Yaqubov (91 kq) isə mübarizəni dayandırıblar. Boksçularımız müvafiq olaraq, Otar Naverianiyə (Gürcüstan), Tuğrulhan Erdemirə (Türkiyə) və Karel Adama (Çexiya) məğlub olublar.

Qeyd edək ki, dörddəbir final mərhələsinin qarşılaşmaları oktyabrın 24-də və 25-də keçiriləcək.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Teletənqidçilər TV-ləri nişan aldı
227 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.