А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Filarmoniyada XX əsr Azərbaycan aşıq sənətinin patriarxlarından biri aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi qeyd edildi

24.10.17 | Bölmə: Mədəniyyət | Baxış: 768 | Yazar: Bakixeber |
Filarmoniyada XX əsr Azərbaycan aşıq sənətinin patriarxlarından biri aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi qeyd edildi




Əbülfəs Qarayev:” Siz dövlət tərəfindən həm fəxri adla, həm Prezident təqaüdü, həm də cənab prezidentin diqqəti ilə təmin olunmusunuz”


Məhərrəm Qasımlı:” O, bu 80 ilin düz 60 ilini fədakarlıqla, şərəflə Azərbaycan aşıq sənətinə qulluq edib”



Aşıq İsfəndiyar Rüstəmov 60 il Azərbaycan aşıq sənətinə zəhmətlə, hünərlə xidmət edən ustad aşıqdır. Gədəbəy aşıq mühitinin çox görkəmli təmsilçilərindən olan aşıq İsfəndiyar Rüstəmov müasir aşıq sənətinin canlı klassiklərindən biridir. Bu gün ustad sənətkarın varlığı, nəfəsi aşıq sənətinin üzərində varsa bu böyük bir şərəfdir. Biz böyük bir aşığın müasirləri olduğumuz üçün sözsüz ki, özümüzü xoşbəxt saymalıyıq. Tarixən aşığın cəmiyyətdə oynadığı rolu nəzərə alsaq deyə bilərik ki, bu sənətin daşıyıcıları bu gün də cəmiyyətimiz, dövlətimiz, mədəniyyətimiz üçün böyük əhəmiyyətə malikdir.
Aşıq İsfəndiyar Rüstəmov aşıq sənətinin sütunlarından biri olmaqla yanaşı həm də dövlətçiliyə, milli maraqlarımızaxidmət edən sənətkar kimi seçilir. 80 yaşı olmasına baxmayaraq ustad aşıq yenə də öz sazı və sözü ilə dövlətçiliyə xidmət mövqeyini qoruyub saxlayır.
Oktyabrın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli Azərbaycan aşığı, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Prezident təqüdçüsü, “Gədəbəy aşıqlar” xalq aşıqlar ansamblının rəhbəri aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş gecə keçirildi. Ustad aşığın 80 illilk yubiley gecəsini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq ustad sənətkarın Azərbaycan mədəniyyətinə, ulu ozan sənətinə verdiyi böyük töfhələrdən danışdı. “Bu gün böyük bir gün yaşayırıq. Ustad aşığımız İsfəndiyar Rüstəmovun yubiley gecəsinə toplaşmışıq. Düşünürəm ki, bu axşam bizim hər birimizin uzun müddət yaddaşında yaşayacaq. Bu gün aşıq sənəti Azərbaycan xalqı tərəfindən sevilən, istənilən bir incəsənət növüdür. Qədim dövrdən indiyə qədər yaşamış xalq yaradıcılığının bu növü artıq yüksək sənət zirvəsinə gəlib çatıb. Bu sənət təkcə bizim tərəfimizdən yox, dünya miqyasında bəşəriyyətin incilərindən biri kimi qəbul olunur. Bilirsiz ki, cənab Prezidentin, xanım Mehriban Əliyevanın səyləri nəticəsində aşıq sənəti UNESCO səviyyəsində Azərbaycan aşıq sənəti bəşəriyyətin inciləri sırasında yer alıb və çox sevindirici haldır ki, Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlər harada keçirilirsə orada mütləq saz sənəti də nümayiş olunur”-deyə bildirən nazir vurğuladı ki, aşıq sənəti yüksək səviyyədə inkişaf edir.
Aşıq İsfəndiyar Rüstəmovun yaradıcılığından, Azərbaycan mədəniyyətinə və aşıq sənətinə göstərdiyi xidmətlərdən danışan Ə. Qarayev bildirdi ki. Keçən əsrin 60-cı illərində ustad aşığın yaratdığı “Gədəbəy aşıqlar” ansamblı keçmiş SSRİ çərçivəısində keçirilən festivallarda, mədəni tədbirlərdə Azərbaycan mədəniyyətini uğurla tərənnüm edirdi:”Elə bir festival, elə bir müsabiqə, elə bir təqdimat olmurdu ki, orada aşıqlar öz istedadını nümayiş etdirməsin. Çox gözəldir ki, siz yenə də o aşıqların sırasındasınız. Sizin davamçılarınız, sizin yaratdığınız məktəb çox dəyərlidir. Cənab Prezidentin şəxsi dəstəyi ilə Gədəbəydə açılan aşıq musiqi məktəbi yeni nəsillərə qalacaq. Siz dövlət tərəfindən həm fəxri adla, həm Prezident təqaüdü, həm də cənab prezidentin diqqəti ilə təmin olunmusunuz. Siz xalq tərəfindən sevilirsiniz və bu gün aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan ustad sənətkarsınız. Fəxr edirəm ki, bu illər boyu aşıq sənətinin inkişafı naminə bizim sizinlə çox yaxın əməkdaşlığımız olub”.
Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı da aşıq İsfəndiyar sənəti haqqında danışdı:”Azərbaycan aşıq sənətinin XX yüzillikdəki canlı klassiklərindən, patriarxlarından biri olan aşıq İsfəndiyar Rüstəmovun 80 yaşı tamam olur. O, bu 80 ilin düz 60 ilini fədakarlıqla, şərəflə Azərbaycan aşıq sənətinə qulluq edib. Onun səsi həmişə Koroğlu səsi olub. O, xalqa aşıq sənətinin çatdırılmasında misilsiz rol oynayıb. El arasında dastan aşığı, Koroğlu aşığı kimi böyük məhəbbət qazanıb. Bu gün də elədir. Aşıq İsfəndiyar bir aşıqlıq məktəbidir və hazırda Azərbaycan aşıq sənətinin daşıyıcılarının əsas hissəsi Gədəbəy bölgəsinə məxsusdur. O bölgədə aşıq sənətinin o cür inkişaf etməsində bu böyük ustadın, canlı klassikin çox böyük xidmətləri var. Bayaq cənab nazirin dediyi kimi aşıq İsfəndiyarın keçən əsrin 60-cı illərində yaratdığı kollektiv və o kollektivdən çıxan onlarla böyük istedadlı aşıqlıar məhz ustadın zəhməti sayəsində ərsəyə gəlib. Aşıq İsfəndiyar Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvüdür. Birliyin elə bir tədbiri olmur ki, orada ustadın xeyir-duası olmasın. Bu il biz “Günümüzün ustad aşqıları” seriasından 9 aşığın kitabını nəşr etdik. Seriyamızın ilk nəşri İsfəndiyar Rüstəmova həsr edilib. Onun bioqrafiyası o qədər zəngindir ki, kitabda sözün əsl mənasında bir ömür, sənət dastanı özünün ifadəsini tapmış olur. Düşünürəm ki, gələcəkdə aşıqşünaslıq, musiqi folkloru sahəsindəki tədqiqatlarda aşıq İsfəndiyar böyük bir sənət portreti olaraq canlanacaq və öz dəyərini alacaq. Bu gün də özü qiymətini alıb. Sizin buraya gəlişiniz, sizin alqışlarınız ustadın ömrünü inişallah ki,aparıb yüz yaşa çatdıraracaq. Ustad, 100-də görüşmək arzusu iləsizi ürəkdən təbrik edirik”.
Ustad aşıq İsfəndiyar çıxış edərək qonaqları salamladı və 80 illik yubileyinin dövlət səviyəsində qeyd edildiyi üçün razılığını bildirdi.
Qeyd edək ki, İsfəndiyar Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci ildə Gədəbəy rayonunda doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayır. 1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibəti ilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb. 1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb.
1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.
1975-77-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri “Qızıl medal”a layiq görülüb. Aşıq İsfəndiyar isə ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə “Qızıl medal”la yanaşı birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.

Ulu öndərimiz Heydər Əliyev aşıq sənətini istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində həmişə diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, hələ 1981-cü ildə bir çox sənət adamları kimi aşıq İsfəndiyar da ulu öndərin qayğısını görüb, onun təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının 30-cu qurultayında yaxşı iştirakına görə aşığın rəhbərlik etdiyi ansambl “Xalq aşığı ansamblı” adlanmağa başlayıb.
Yaradıcı aşığın fəaliyyəti ölkə rəhbərliyi tərəfindən Əməkdar mədəniyyət işçisi fəxri adı ilə qiymətləndirilib.
Aşıq İsfəndiyar bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub və keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edərək mükafatlarla doğma vətəninə qayıdıb. Aşığın həyat və yaradıcılığı 2007-ci ildə dərc edilmiş “Baş sarıtel” kitabında öz əksini tapıb.
Aşıq İsfəndiyar Prezident təqaüdçüsüdür və bu gün də respublikada saz sənəti ilə bağlı bütün tədbirlərdə fəal iştirak edir. 25 yanvar 1991-ci ildə aşıq musiqi-ifaçılıq sənətinin təbliğində xidmətlərinə görə ona "Azərbaycan SSR Əməkdar Mədəniyyət İşçisi" fəxri adı verilmişdir. 10 may 2007-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür. 2007-ci ildə Aşıq İsfəndiyar haqqında "Ustad nəfəsi" sənədli filmi çəkilmişdir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən gənc aşıqların müsaqibəsində dəfələrlə münsiflər heyətinin sədri olmuşdur. 2010-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
Aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyinə həsr edilən sazlı-sözlü gecəni aşıqların maraqlı, yaddaqalan ifası daha da rövnəqləndirdi.
Yubiley gecəsində Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupu gözəl ifa təqdim etdi. Aşıq İsfəndiyarın sənət dostu, Prezident təqüdçüsü, ustad aşıq Mahmud Məmmədov səhnəyə gələrək yubliyarı təbrik etdi. Gecədə ustadlarını Gədəbəy aşıqlarından Əməkdar Mədəniyyət İşçisi Sərdar Məmmədli, Təbriz Vəliyev, Vəli Şınıxlı, Kərəm Vəliyev və Toğrul İbrahimov “İsfəndiyar gözəlləməsi” havası üstündə öz ifaları ilə təbrik etdilər. Onları balbanda Əziz Göyçəli müşaiət edirdi. Əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu “Şəşəngi” havasını ifa etdilər. Onların ardınca yubliyarı təbrik üçün səhnəyə Gədəbəy aşıqları Altay Məmmədli, Nabi Nağıyev, Nazim Quliyev və Azər Fərmayıloğlu gəldi, onlar “Cəngi Koroğlu” havasını təqdim etdilər. “Kərəm gözəlləməsi” havasını ifa edən Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva, Şaiq İncəli və Avdı Musayev ustadı təbrik etdilər. Əməkdar Mədəniyyət İşçisi Ədalət Dəlidağlı, Şəhriyar Laçın, Roman Azaflı “Ruhani” havasını təqdim etdilər. Gözəl Kəlbəcərli və Əli Pənahoğlu isə ustadın yubileyinə “Aran gözəlləməsi” havasını hədiyyə etdilər. Əməkdar Mədəniyyət İşçiləri Əhliman Şirvanlı,Ağamurad Şirvanlı və Vüqar Mahmudoğlu “Gözəlləmə” havasını təqdim etdilər. Cahangir Quliyev, Əşrəf Təmirov və Ramin Qarayev “Hüseyni” havası ilə ustada təbriklərini çatdırdılar. Bəhmən Göyçəli və Kəmalə Qubadlı “Şəqayi gəraylı” havasını təqdim etdilər.
Ustad aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyinə həsr edilən sazlı-sözlü gecə Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupunun ifası ilə başa çatdı.


İraFilarmoniyada XX əsr Azərbaycan aşıq sənətinin patriarxlarından biri aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi qeyd edildi


Filarmoniyada XX əsr Azərbaycan aşıq sənətinin patriarxlarından biri aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi qeyd edildi


Filarmoniyada XX əsr Azərbaycan aşıq sənətinin patriarxlarından biri aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi qeyd edildi


Filarmoniyada XX əsr Azərbaycan aşıq sənətinin patriarxlarından biri aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi qeyd edildi


Filarmoniyada XX əsr Azərbaycan aşıq sənətinin patriarxlarından biri aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi qeyd edildi

Filarmoniyada XX əsr Azərbaycan aşıq sənətinin patriarxlarından biri aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi qeyd edildi

Filarmoniyada XX əsr Azərbaycan aşıq sənətinin patriarxlarından biri aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi qeyd edildi


İRADƏ SARIYEVA

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Komitə qadağa qoysa da, ATV-nin keçmiş prezidenti əməl etmir
Deputat qəbul keçirib
“Hər kəs qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır
Cəmiyyətdən təcrid olunmuş yeniyetmələr topluma yenidən qazandırılacaq
Deputat Rüfət Quliyev seçiciləri qəbul edib
Sabah güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
Ramiz Mehdiyev keçmiş nazirə yeni vəzifə verdi
Kolleclərdən tələbələrə “PANDEMİYA TÖHFƏSİ”: Təhsil haqları artırıldı
Sabah küçəyə çıxmaq təhlükəli ola bilər
Ermənistanın çiynində Xocalı faciəsi kimi ağır cinayətlər var” - İtaliyanın sabiq səfiri
Müəllim olmaq istəyənlərin nəzərinə
Vyetnam Rusiyadan koronavirus vaksini alacaq
ÜST məktəbləri təhlükə adlandırdı – Dərslər başlamayacaq?
ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA
Bayram günləri elektrik qatarları necə işləyəcək?
Azərbaycanda koronavirusla bağlı şad xəbər – Rəsmi
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
“CinemaPlus”dan sosial dəstək - FOTO/VİDEO
Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək
Su ehtiyatlarının azalması sürətlənir
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi AÇIQLANDI
Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.