А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

“Ata uşağa öyrədir ki, anası pis yoldadır...”

25.10.17 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 453 | Yazar: Celilova |
“Ata uşağa öyrədir ki, anası pis yoldadır...”





Vəkillər Kollegiyasının üzvü Xəyal Bəşirovun “Qafqazinfo”ya müsahibəsi

- Azərbaycanda vəkillərin fəaliyyətini necə qiymətləndirirsiz? Hansı problemlərlə rastlaşmısınız?

- Azərbaycanda vəkillərin fəaliyyəti üçün istənilən şərait yoxdur. Bunun hardasa obyektiv səbəbləri var. 1990-ci illərin ortalarından ölkədə hüquqi islahatlar başlayıb. Dövlət hesabına hüquqi xidmət göstərən vəkillər saat hesabı 2 manat pul alırlar. Bilirsiniz ki, cinayət işlərində hakim, prokuror, bir də vəkil iştirak edir. Dövlət ittihamçısı ilə müdafiəçinin aylıq məvacibini hesablasaq, ortaya gülünc bir rəqəm çıxacaq. Vəkil 200 saat işləyib nəticədə 400 manat pul almalıdır. Dövlət hesabına çıxdığımız işlərin pulu rayon icra hakimiyyətləri tərəfindən bizə ödənilir. Çox vaxt o dediyimiz 2 manatı da vaxtında ödəmirlər. Aylarla gecikir. Bundan əlavə, nümayəndəlik institutu ilə bağlı insanlar vəkilə inanmırlar.

- İnamsızlıq məsələsi təkcə nümayəndələrlə bağlıdırmı? Çünki bəzən müvəkkillər deyirlər ki, vəkili qarşı tərəfə işləyib...

- Mən bu fikirlə tam razı deyiləm. Biz digər tərəflə məhkəmədə qarşı-qarşıyayıq. Məhkəmədə tərəflərdən biri udsa da, digəri uduzmalıdır. Bu o deməkdir ki, hansı tərəf uduzubsa mütləq o başqasına satılıb? Elə neqativ hallar var. Heç bir cəmiyyət belə hallardan sığortalanmayıb. Belə vəkillərimiz, hüquq-mühafizə orqanları işçilərimiz də var. Ədalətsiz hərəkət edirlər. Bunun da səbəbi hazırki vəziyyətdə olan nümayəndəlik institutudur. Çünki onların heç bir məsuliyyəti yoxdur.

- Belə başa düşdüm ki, siz bir çoxlarından fərqli olaraq nümayəndəlik institutunun ləğv edilməsinin tərədarısınız...

- Bəli. Mənim insanlar qarşısında peşə məsuliyyətim var. Vətəndaşla bağladığım müqavilə rəsmiyyətə alınır. Aldığımız qonorar orada qeyd olunur. Əgər mənim səhvim üzündən müvəkkilimin hüquqları pozularsa , sığorta hesabımdan həmin şəxsə dəymiş zərər ödənilir. Yəni maddi məsuliyyət var. Yaxud mənim hansısa səhvim olarsa, vətəndaş kollegiyaya hərəkətlərimdən şikayət edə bilir. İntizam Komissiyası pozuntu aşkar edərsə vəkil cəzalandırılır.

Amma nümayəndə heç bir məsuliyyət daşımır. Bizdə əksər hallarda nümayəndələr özlərini vəkil kimi qələmə verirlər. Vətəndaş da elə bilir ki, həmin şəxs vəkildir. Çünki onların vəkildən də yaxşı ofisləri var.

- Nümayəndələr vəkillərə başqa nə kimi çətinliklər yaradır?

- Belə nümayəndəlik institutunun mövcud olacağı müddət ərzində vəkillik inkişaf etməyəcək. Konstitusiyasın 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var. Yəni, cinayət, mülki, inzibati və. s iş olmasından asılı olmayaraq hər kəs lazımi qaydada hüquqi yardım almaq hüququna malikdir. Ümumiyyətlə ali təhsili olmayan, hüquqdan tam xəbərsiz olan bir şəxsin nümayəndəlik edərək ayrı-ayrı şəxsləri təmsil etməsi, onlara hüquqi xidmət göstərməsi nə dərəcədə düzgündür? Bu insanların konstitusion hüquqlarının birbaşa pozulması demək deyilmi? Daha sonra bir sıra məhkəmələrin hakimləri, digər işçiləri və hüquq-mühafizə orqanlarının istintaq və təhqiqat aparan səlahiyyətli şəxsləri müəyyən maraqları naminə insanları ayrı-ayrı nümayəndələrə yönəldirlər. Bu da gələcəkdə həmin işlə bağlı qeyri-şəffaf nəticələrə gətirib çıxarır.

- Parlamentdə bilirsiniz ki, nümayəndəlik institutunun ləğvi ilə bağlı qanun layihəsinin müzakirəsi təxirə salındı. Hazırda nümayəndə kimi işlərə çıxan vəkillər də bunu etirazlarının nəticəsi kimi qiymətləndirdilər. Təxirə salınma səbəblərindən biri də odur ki, vəkillərin sayı azdır. Say azlığı olduğu halda, ləğvin lehinə çıxış etmək nə dərəcədə düzgündür?

- Kəmiyyət heç vaxt keyfiyyəti əvəz edə bilməz. Ümumilikdə ölkədə 1000-ə yaxın vəkil var. Bunun da böyük əksəriyyəti Bakı şəhərindədir. Artıq vəkillərə müraciət etmə hallarının da sayı artıb. Bizə regionlardan da artıq insanlar müraciət edirlər.

Vəkillərin sayının az olması problemi neçə illərdir ki, ölkədə davam edir. Nümayəndəlik institutunun olduğu müddətdə bu problem aradan qalxıbmı? Nümayəndələrin çoxu sosial şəbəkədə bu dəyişikliyə qarşı çıxış etdilər. Bir çoxları dedilər ki, böyük bir kütlə işsiz qalacaq. Bu ədalət mühakiməsində hüquqi yardımla bağlı axsaqlıq yaradacaq. Hər hansı nümayəndənin işləməsi onlarla, yüzlərlə insanın hüququnun pozulmasına gətirib çıxaracaq. Elə nümayəndə var ki, dəfələrlə həbs olunub. Bu adam başqalarının hüquqlarını necə qoruya bilər? Nümayəndə tanıyıram ki, dələduzluğa görə dəfələrlə həbs olunub. Bu o demək deyil ki, vəkillərin də hamısı idealdır. Onların içərisində də insanları aldadanlar var. Azərbaycanda hüquqi xidmət sahəsində “qara bazarı” nümayəndəlik institutu idarə edir.

Məndə olan məlumata görə, qanunda müəyyən çatışmazlıqlar var. Qohumların nümayəndə olması məsələsinə müəyyən düzəlişlər edilməlidir. Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasında yenidən məsələ müzakirəyə çıxarılacaq.

- Azərbaycanda bir neçə tanınmış vəkil var ki, onlar Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılıb. Onlar bu qərarı haqsız hesab edərək Avropa Məhkəməsinə də müraciət ediblər. Daha çox siyasi baxışlarına görə kollegiyadan azad olunduqlarını bildiriblər. Sabah siz də hər hansı oxşar situasiya ilə qarşılaşıb Kollegiyadan çıxarılıb işsiz qalsanız, vəziyyətiniz necə olacaq?

- Bizdə hələ ki, Vəkillər Kollegiyasına alternativ yoxdur. Məsələn, hər hansı hüquq-mühafizə orqanının əməkdaşı öz işində nöqsanlara yol verir və işdən azad olunur. Ümumiyyətlə orqandan xaric olunur. İndi bu o deməkdir ki, həmin şəxs orqandan azad edilirsə, cəmiyyətdə böyük bir dəyişikliklər aparılmalıdır? Vəkillər Kollegiyası qeyri-dövlət orqanıdır. Kiminsə vəkillikdən çıxarılması məhkəmə qərarı əsasında olur. Məhkəmədə tərəf kimi Vəkillər Kollegiyası və həmin şəxslər iştirak edir. Məhkəmə əsaslar varsa həmin şəxsi vəkillikdən uzaqlaşdırır. Onlar hansısa səbəblərə görə işdən çıxarılırsa, bu onların peşəkar olmaması demək deyil.

- Söhbət hansı nöqsanlardan gedir? Avropa Məhkəməsi bir çox hallarda qərarların əleyhinə qərar çıxarır və həmin şəxslər yenidən kollegiyaya üzv kimi qəbul ola bilirlər...

- Məsələn, nöqsanlardan biri də dələduzluq edilməsi faktıdır. Məhkəməyə qarşı səhvə yol verilə bilər. Yaxud müdafiə edilən müvəkkilin hüquqları pozula bilər.

- Məvaciblərinizdən narazı olduğunu vurğuladınız. Bu peşə bizdə elə də böyük statusa malik deyil...

- Bizdə vəkillərin aldığı məvaciblər digər ölkələrdəki məvaciblər kimi çox deyil. Elə qonşu Türkiyə ilə müqayisə etsək görərik ki, orada vəkillər həddindən artıq böyük məbləğlər alırlar.

- Çünki Türkiyədə vəkillik peşəsi ən prestijli peşələrdən biridir. Onlar cəmiyyətdə xüsusi hörmətə malikdirlər...

- Bəli, onların cəmiyyətdə böyük bir statusu var. Bizdə də o mərtəbəyə çatmaq üçün islahatlar getməlidir. Bunun üçün atılacaq ilk addımlardan biri də nümayəndəlik institutunun ləğv olunması ilə bağlıdır. Bizdə elə nümayəndələr var ki, bəlkə də çox az vəkillər onlar qədər peşəkardırlar. Amma onların heç birinin Vəkillər Kollegiyasına üzv olmağa marağı yoxdur. Həmin adamın müştəriləri çoxdur. Hətta elə bilirsən ki, Kollegiyanın üzvləridirlər. Sual verəndə ki ,Kollegiyaya niyə üzv olmaq istəmirsiniz, deyir ki, bu mənə lazım deyil. Əgər institut ləğv olunsa onlar çalışacaqlar ki, kollegiyaya üzv olub fəaliyyətini davam etdirsinlər. Bu da vəkillik institutunun inkişafına səbəb olacaq.

- Bir müddətdir ki, Vəkillər Kollegiyasının sədri postu boş qalıb. Seçkilər nə vaxt olacaq?

- Qanuna görə Vəkillər Kollegiyasının sədrini vəkillərin ümumi yığıncağı seçir. Bilirsiniz ki,1000-ə yaxın vəkil var. Bu yığıncağın keçirilməsi bir günə başa gələcək məsələ deyil. Yığıncaqda həll olunacaq məsələlər müəyyənləşdirilməlidir. Bizdə də gözlənilir ki, dekabr ayında yığıncaq olacaq. Hazırda sədri müavin əvəz edir. Konfransda hər 10 vəkilə bir nümayəndə iştirak edəcək. Həmin nümayəndə 10 nəfərin səsini təmsil edəcək. Hələ namizədliyini irəli sürən şəxslər də yoxdur.

- Yuxarda qeyd etdiniz ki, Kollegiyanın özündə də işini düzgün yerinə yetirən, həm də yetirməyən vəkilllər var. Bəs, məsələ necə həll olunmalıdır ki, gələcəkdə bu qurumun nüfuzu artsın?

- 2005- ci ildən başlayaraq Vəkillər Kollegiyasına üzvlük ixtisas komissiyası tərəfindən həyata keçirilir. Test və müsahibə keçirilir. Son dövrlər Ədliyyə Akademiyasında kurs keçmək də şərtlərə əlavə olunub. Amma 2005- ci ilə qədər qəbul olunanlar qeyd edilən imtahan prosesini keçmədən kollegiyaya üzv qəbul ediliblər. Mənim fikrimcə üzvlər yenidən attestasiyadan keçirilməlidir. Bu zaman onların bilikləri təzələnəcək. Çünki hüquq sahəsində qanunvericiliyə tez-tez dəyişiklik edilir. Normalara cavab verməyənlər barəsində tədbir görülsün. Mənim biliyim təkcə mənə lazım deyil, mən biliyimlə kimlərinsə hüquqlarını qoruyuram. Belə fikirləşirəm ki, yoxlama olsa imtahandan əvvəl qəbul olunanlar çoxları tələblərə cavab verməyəcək.

- Siz daha çox mülki işlərə, eyni zamanda cinayət işlərinə çıxırsınız. Mülki işlərdə yəqin ki daha çox tikinti şirkətlərinin dələduzluğu ilə bağlı sizə müraciət edirlər...

- Bizdə MTK-ların fəaliyyəti ilə bağlı böyük bir xəstəlik var. 100 mənzili olan binada təsəvvür edin ki, 780 nəfər zərərçəkmiş şəxs var. 1 mənzili 7-8 nəfərə satıblar. “Real “, Esteis”, “ Xəmsə” kimi MTK-lar var. Bu 7-8 mənzili vətəndaşa “Real “ MTK satıb. Rəhbəri İlham Qasımov da hazırda həbsdədir. Binaya lift quraşdırmırlar. Vətəndaş da 10-cu mərtəbədən mənzil alıb. Çıxıb düşə bilmir. Halbuki o mənzil hazırda kimlərsə tərəfindən təmir olunur. Mənzillərin qapısı nömrələnməyib. Heç kim bilmir ki, bu hansı mənzildir. Tez-tez mühasibləri dəyişirlər.

Hesab edirəm ki, MTK ilə alqı-satqı aparılması qanunvericiliklə düzgün deyil. Əgər vətəndaşla bağlanan müqavilələr hər hansı mərkəzi sistemdə qeydə alınsa artıq bu dələduzluğun qarşısı xeyli alınacaq. Əsas mərkəzi sistemin yaradılmasıdır. Bu yaxınlarda 5 nəfər zərərçəkmiş “İdeal-V” MTK ilə bağlı mənə müraciət etdi. “İdeal- V” MTK ümumilikdə vətəndaşlara 3 milyon məbləğində ziyan vurub. Həmin 5 nəfərə isə 800 min məbləğində ziyan vurulub. Şirkətin sahibi də İsa Məmmədovdur.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bayram günləri elektrik qatarları necə işləyəcək?
Azərbaycanda koronavirusla bağlı şad xəbər – Rəsmi
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
“CinemaPlus”dan sosial dəstək - FOTO/VİDEO
Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək
Su ehtiyatlarının azalması sürətlənir
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi AÇIQLANDI
Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı
“Bundan sonrası XİN, səfirlik və hüquq mühafizə orqanlarının işidir”
Birinci vitse-prezident Mehriban Əliyeva milli mətbuatının 145 illik yubileyi münasibətilə KİV nümayəndələrini təbrik edib
Dünyada koronavirusa yoluxanların sayı 15 milyonu ötdü
Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib
Mayis Əliyev: “Onlar əhali arasında çaşqınlıq yaratmaq istəyirlər”
Orta məktəb şagirdləri Azərbaycan Ordusuna maraqlı dəstək aksiyasına başladı - VIDEO
Prezidentin köməkçisindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
Ordumuzun baş leytenantı ŞƏHİD OLDU
Baş həkim koronavirusa yoluxub – Beyləqanlılar onun tezliklə sağalmasını istəyir
Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.