А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Bakıdan Qarsa gedən qatar

03.11.17 | Bölmə: Köşə | Baxış: 204 | Yazar: Celilova |
Bakıdan Qarsa gedən qatar
















Azərbaycanda dəmir yolunun tarixi 1878-ci ildən başlanır. Uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolunun inşası 20 yanvar 1880-ci ildə başa çatıb. Şübhəsiz ki, o zaman üçün də dəmir yolu Bakı sakinləri üçün xəyal idi. Dövləti, paytaxtı olmayan bakılılar üçün Sabunçuya dəmir yolu ilə getmək, əlbəttə, möhtəşəm hadisə olub.

Həmin tarixi hadisədən 139 il keçəndən sonra növbəti dəfə xəyallar gerçəkləşdi. Bu dəfə müstəqil Azərbaycan dövlətinin başkəndi dünyanın nəzər-diqqətini özünə cəlb elədi. 30 oktyabr 2017-ci il tarixdə uzunluğu 840 km-ə çatan Bakı-Tiflis-Qars dəmir yolunun reallaşdırıldığı gün kimi qalacaq.


Açılış törənini izlədim, Azərbaycan vətəndaşı olaraq ürəyim qürurla doldu. Çox möhtəşəm mənzərəydi. Bakı növbəti dəfə nəhəng bir tədbirə ev sahibliyi etdi. Bu layihə Azərbaycan və Türkiyənin Gürcüstan üzərindən birləşdirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Keçən əsrdə bu iki qardaşın arasında, Azərbaycan torpaqlarında alaq otu kimi, qondarma bir dövlət yaratmaqla yaxın yolumuzu uzaq edənlərə növbəti dərs oldu bu layihə. Açılış törənində bir millətin iki dövlətinin başçıları - Azərbaycan, Türkiyə prezidentləri yanaşı dayandılar, qardaşlıq mesajları verdilər, dünyaya dost-düşmənə həmişəki kimi birgə olduğumuzu növbəti dəfə nümayiş etdirdilər.

Bu dəmir yolu bölgənin üç önəmli, dost ölkələrini - Azərbaycan, Gürcüstan və Türkiyəni daha da yaxınlaşdırması baxımından çox önəmlidir. Gürcüstan da Azərbaycan kimi, bölgənin başı müsibətlər çəkmiş dövlətlərindən biridir. Bizi bir-birimizə yaxınlaşdıran ortaq sevincli və kədərli hadisələr saysızdır. Odur ki, BTQ qardaş gürcü dövləti ilə daha da yaxınlaşmağımız üçün mühüm əhəmiyyət kəsb edir.

Layihənin iqtisadi önəmi ilə yanaşı, böyük siyasi əhəmiyyətinin olduğunu artıq ciddi ekspertlər kifayət qədər əsaslandırıblar. Avropa ilə Asiya arasında kəsintisiz rabitə yaradan, Çinlə Londonu birləşdirən layihənin önəmi haqda başqa fikir söyləməyə gərək yoxdur, əslində.

Türkiyənin bir sıra media orqanları açılış törəni ilə bağlı materialları “Dəmir ipək yolu açılıyor” sərlövhəsi qoymuşdular. Gözəl təqdimatdır. Azərbaycan tarixən İpək yolunun üstündə yerləşdiyi üçün önəmli məmləkətlərdən sayılıb. 21-ci əsrdə əsası qoyulan “Dəmir ipək yolu” isə ölkəmizin önəmini daha da artıracaq.

Üstəlik, bir sıra digər dövlətlər, xüsusilə postsovet məkanındakı türkdilli ölkələrin də bu layihəyə önəm verməsi xalqlarımızın və ölkələrimizin daha da yaxınlaşması baxımından çox faydalıdır. Açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri, onların xanımları, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə yanaşı, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin iştirakı da xüsusi qeyd olunmalıdır. Bu, BTQ-yə verilən önəmin nümayişidir.

Bu projeni kənardan, “dişi bağırsağını kəsərək” izləyən ölkə oldu - Ermənistan. Bu, bir sərnişinin bilet alıb qatara, ya təyyarəyə çata bilməməsi kimi hadisədir. İndi baş sındırırlar ki, Gürcüstan vasitəsilə xəttə qoşulsunlar, yüklərinin daşınması üçün imkan əldə etsinlər. Amma BTQ-nin “sərnişini” olmaq şansını qazanmaq üçün öncə Azərbaycanla münasibətləri normal hala gətirməli, işğala son verməlidir.

Azərbaycan isə növbəti layihənin əsas müəllifi olmaqla dünya xəritəsində aparıcı yeri olan dövlət olduğunu bir daha təsdiqlədi, Ermənistandan fərqli olaraq. Ermənistan normal siyasət sərgiləsə, 1993-cü ildən barəsində danışılan bu dəmir yolu layihəsində yer ala bilərdi. Bəlkə də o halda dəmir yolu İrəvandan keçəcəkdi, kim bilir. İstəmədilər, işğal, terror, separatçılıq yolunu tutdular, körpə qatili olmaları ilə fəxr etdilər.

Lakin Tək Millətin prezidentləri Bakıdan Qarsa yol alan qatarın ilk sərnişinləri oldular. Ancaq bu da son deyil. Noyabrın 1-də Rusiya, Azərbaycan və İran prezidentləri - Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani bir araya gələcək. Diqqət edirsinizmi, aparıcı ölkələrin adı ilə bir arada çəkilir Azərbaycanın, onun dövlət başçısının adı. Türkiyə-Gürcüstan-Azərbaycan; Rusiya-Azərbaycan-Türkiyə; İran-Azərbaycan-Rusiya... Bölgədə güc mərkəzlərindən birinə çevrilib Azərbaycan. Və bu birliklərdə Ermənistana yer yoxdur...

Bundan sonra bu sözləri tez-tez eşidəcəyik: “Bağışlayın, Bakıdan Qarsa gedən qatar saat neçədə çıxır?” Təkcə Qarsamı?... Uğurlu yolçuluqlar!
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.