А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzaladı

07.11.17 | Bölmə: Siyasət | Baxış: 324 | Yazar: Celilova |
Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzaladı



Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
“Report” xəbər verir ki, sənədə əsasən, ümumilikdə, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib.
Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Bundan başqa, bir sıra cinayət əməllərinə görə cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməllər dekriminalaşdırılıb. Bu əməllərə görə məsuliyyət həddi 5 dəfə artırılıb.
Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası da əlavə edilir. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 150-dən artıq maddənin sanksiyasına daxil edilib.
Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan azağır kateqoriyaya keçirilib.
Bu qanunun azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı müddəaları həmin cəzanın icrası və elektron nəzarət vasitələrinin tətbiq edilməsi qaydalarının müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir.
Bu qanunun narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etməyə dair müddəaları müvafiq icra hakimiyyəti orqanının narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir.
Bu qanunun digər müddəaları 2017-ci il dekabrın 1-dən qüvvəyə minir.
Bu qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə görə bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.
Bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə bu qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri bu qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda cəza müddətləri həmin həddə qədər azaldılır.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bayram günləri elektrik qatarları necə işləyəcək?
Azərbaycanda koronavirusla bağlı şad xəbər – Rəsmi
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
“CinemaPlus”dan sosial dəstək - FOTO/VİDEO
Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək
Su ehtiyatlarının azalması sürətlənir
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi AÇIQLANDI
Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı
“Bundan sonrası XİN, səfirlik və hüquq mühafizə orqanlarının işidir”
Birinci vitse-prezident Mehriban Əliyeva milli mətbuatının 145 illik yubileyi münasibətilə KİV nümayəndələrini təbrik edib
Dünyada koronavirusa yoluxanların sayı 15 milyonu ötdü
Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib
Mayis Əliyev: “Onlar əhali arasında çaşqınlıq yaratmaq istəyirlər”
Orta məktəb şagirdləri Azərbaycan Ordusuna maraqlı dəstək aksiyasına başladı - VIDEO
Prezidentin köməkçisindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
Ordumuzun baş leytenantı ŞƏHİD OLDU
Baş həkim koronavirusa yoluxub – Beyləqanlılar onun tezliklə sağalmasını istəyir
Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.