А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılır

13.11.17 | Bölmə: Son Xəbər » İqtisadiyyat | Baxış: 303 | Yazar: Celilova |
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılır




Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin.

- “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu” təsdiq edilsin.

- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilsin.

- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılsın.

Müəyyən edilir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (bundan sonra – İnstitut) qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparır, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirir, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrini hazırlayır və aidiyyəti üzrə təqdim edir, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.

İnstitutda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

- İnstitutun yenidən təşkil və ləğv edilməsi;

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

- nizamnamənin və strukturun təsdiqi;

- nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

- icra orqanının yaradılması və onun səlahiyyətlərinin müəyyənləşdirilməsi;

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə:

- bu Fərmanın 6.1-ci və 6.2-ci bəndlərində nəzərdə tutulanlar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının 3.1-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin işçilərinin say həddi barədə təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; İnstitutun nizamnaməsini və strukturunu təsdiq etsin, habelə nizamnamə fondunun formalaşdırılmasını təmin etsin və bu barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə İnstitutun maddi-texniki təminatı ilə bağlı məsələləri iki ay müddətində həll etsin; dövlət orqanları və qurumlarının bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsinə xidmət edən ştat vahidlərinin ixtisarı ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Fərmanın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

“Yalnız vətənə bağlı olan kəslər əsil vətənpərvərliyin nə olduğunu bütöv xalqa öyrədir” Arzu Bayramova
Sənətin sevən sənətkar olar sözünə çox inanıram MODELYER
Füzulinin icra başçısı Zobucuqda vətəndaşlarla görüşüb
“Biz hər zaman pozitiv təcrübəmizi bölüşməyə hazırıq!” Tanınmış səhiyyə təşkilatçısı ilə müsahibə.
Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib
Bakıda ticarət mərkəzində baş verən verən yanğında 2 nəfər zəhərlənib
Xırdalanda şirkətdə partlayış: sahə rəisi və 5 yaşlı oğlu xəsarət alıb
Gəncədə dəm qazından zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb
“EuroHome”da baş verən yanğınla bağlı FHN məlumat yayıb
Bakıda ticarət mərkəzi yanır
Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır
Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir
Universitet tələbəsi 4-cü mərtəbədən yıxılıb
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etdi
Azərbaycanda mərasim mədəniyyəti – Yasımız toya, toyumuz yasa dönməsin
Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.