А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Azərbaycanda içki, geyim və mebel istehsalı artıb

13.11.17 | Bölmə: İqtisadiyyat | Baxış: 343 | Yazar: Celilova |
Azərbaycanda içki, geyim və mebel istehsalı artıb





2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 32 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Melumat-merkezi.az-a verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4 faiz artıb, neft sektorunda isə 5,9 faiz azalıb.

Sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda, 24,8 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 7,2 faiz, əmtəəlik qaz hasilatı isə 2,6 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 0,9 faiz, içkilərin istehsalı 24,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 68,4 faiz, geyim istehsalı 36,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,7 faiz, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 89,1 faiz, tikinti materiallarının istehsalı 28,8 faiz, kompüter və elektron məhsulların istehsalı 30,5 faiz, elektrik avadanlıqlarının istehsalı 59,9 faiz, maşın və avadanlıqların istehsalı 23,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 19,1 faiz, mebel istehsalı 14,1 faiz artıb, tütün məmulatlarının istehsalı 6,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 9,9 faiz, kağız və karton istehsalı 1,3 faiz, poliqrafiya məhsullarının istehsalı 28,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 13,1 faiz, hazır metal məmulatlarının istehsalı 16,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 45,8 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,9 faiz azalıb.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.