А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Bakı şəhəri “Expo - 2025”-i də hədəflədi…

15.11.17 | Bölmə: Son Xəbər » İqtisadiyyat | Baxış: 1387 | Yazar: Celilova |
Bakı şəhəri “Expo - 2025”-i də hədəflədi…





“Azərbaycanın iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə evsahibliyi etməkdir”. Bunu noyabrın 14-də Parisdə Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil edilən qəbulda çıxışı zamanı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.
O çıxışı zamanı qeyd edib ki, Azərbaycan hökuməti adından Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə evsahibliyi etmək üçün namizədliyini təqdim etmək mənim üçün böyük şərəfdir: “Azərbaycan 2000-ci ildən “Expo” hərəkatının fəal üzvüdür. Bizim pavilyonlarımız son üç sərgidə - 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb. Beynəlxalq Sərgilər Bürosunun işinə sadə töhfəmizin bu cür qiymətləndirilməsindən qürur duyuruq.
Ümumdünya Sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də əminəm ki, Azərbaycan bu universal platformaya evsahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir”.
M.Əliyeva qeyd edib ki, Azərbaycan yüksələn xətlə inkişaf edən dövlətdir və indi ölkəmizin iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə evsahibliyi etmək və bütün dünyanı qəbul etmək hüququnu qazanmaqdır: “Bizim “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu həqiqətən hamını narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını – texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir. “Bakı Expo - 2025” sərgisində düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək”.
Azərbaycanın “Expo - 2025” sərgisinə evsahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsinə fikir bildirən Multimedia Mərkəzinin direktoru Osman Gündüz “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dünya ölkələrinin Azərbaycana gəlməsi təcrübə mübadiləsi baxımından bir platformadır: “Dünya əhəmiyyətli sərgiyə Azərbaycanın evsahibliyi etməsi ölkənin tanıtımı baxımından müsbətdir. Nəzərə almaq lazımdır ki, sərgi baş tutarsa, ölkəmizə xeyli nümayəndə gələcək. Sərgidə təmsil olunan xarici ölkələrin şirkərləri özləri ilə yeniliklər gətirirlər. Dünyada yetərincə innovasiyası olan nəhəng şirkət var. O şirkətlərin Azərbaycana gəlib öz təcrübəsini nümayiş etdirməsi bizim üçün əhəmiyyətlidir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün belə bir sərginin Azərbaycanda keçirilməsi yeni imkanların açılması, əlaqələrin qurulması deməkdir.
O.Gündüzün fikrincə, 2025-ci ildə Ümumdünya Sərgisinə evsahibliyi edərsə, Azərbaycanla bağlı dünyada normal informasiya mühitinin formalaşması üçün müsbət hal olar: “Eyni zamanda, “Bakı Expo - 2025” sərgisi Azərbaycanda innovasiyaların inkişafı üçün bir imkan ola bilər. Hesab edirəm ki, bu sərginin ölkəmizə xeyli dərəcədə faydası ola bilər. Öncədən buna hazırlıq görülməlidir ki, daha çox fayda əldə edə bilək. Qeyd olunan tədbirə təkcə turizm nöqteyi- nəzərindən yanaşmaq olmaz. Azərbaycan cəmiyyətinin, biznes və vətəndaş cəmiyyətlərinin yeni əlaqələr qurması baxımından bir platformadır”.
Günel CƏLİLOVAскачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda pul bazasının həcmi kəskin artıb
“Ermənilərin 31 mart milli-ideoloji terroru” adlı tədbir keçirilib (FOTO)
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - 72 saat ərzində...
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
Haber Global”: Peyvənd bölgüsündə Azərbaycana qarşı ədalətsizlik 10:04 27.03.2021
Azərbaycanda neçə nəfər COVID-19 əleyhinə vaksinasiya olunub?
Koronavirus laboratoriyada hazırlanıb?
Neftçi İK Ağsu komandası qələbə qazandı
İnsanlara inteqrativ  tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
Bakı qara hazırlaşır
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
ANAMA və DİN-dən təcili əməliyyat
Koronavirusla bağlı SON STATİSTİKA
Utancverici medal davası
İlin ən fəal gənci
Bu Qələbə gözlənilən idi
Dəhşətə gəldim axı niyə belə edirlər?  Arzu Bayramova
Prezident gənc zabitimizi təltif etdi, Elşən Babayevə
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.