А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi keçirilir

16.11.17 | Bölmə: İqtisadiyyat | Baxış: 397 | Yazar: Celilova |
Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi keçirilir






Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə ABŞ hökumətinin və BMT-nin İnkişaf Proqramının (UNDP) maliyyə dəstəyi ilə 2017-ci il Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda qadın sahibkarlığın inkişafı” adlı konfrans keçirilib. "Report" xəbər verir ki, tədbirdə Milli Məclis üzvləri, dövlət qurumları, ictimai birliklər, beynəlxalq təşkilatlar, səfirliklər və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları Azərbaycanda qadın sahibkarlığının inkişafının qarşısında duran maneələri dəf etmək yolları haqqında müzakirələr aparıblar.
USAID-in Azərbaycandakı missiya rəhbəri Mikaela Meredis qeyd edib ki, sahibkarlığa dəstək ABŞ hökumətinin başlıca prioritetidir: "Sahibkarlıq iş yerləri yaradır, habelə sabitlik və firavanlığa töhfə verir. Qadınlar öz biznesini yarada, inkişaf etdirə və idarə edə bildikdə güclü iqtisadi rol oynayırlar. Bütün dünyada qadınların öz iqtisadi arzularını həyata keçirmək imkanına malik olan ölkələrdə iqtisadiyyat çiçəklənir. Qadınlar möhtəşəm ideya və əzmkarlıqla öz ideyalarını reallığa çevirə və ətraflarındakı dünyanı dəyişə bilərlər, yetər ki, onlara bunun üçün resurslar verilsin”. Missiya rəhbəri sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı addımları müsbət qiymətləndirib.
BMT-nin rezident əlaqələndiricisi və UNDP-nin rezident nümayəndəsi Qulam İsaqzai qeyd edib ki, 2030-cu ilə kimi Davamlı İnkişaf Gündəliyi qadın sahibkarlığının genişlənməsini yoxsulluq probleminin həlli, bərabərsizliyin aradan qaldırılması, qlobal universal təhsil istiqamətində irəliləyiş və hər kəsə keyfiyyətli səhiyyə imkanlarını təmin etmək üçün vacib katalizator kimi nəzərdən keçirir. "Qadın sahibkarlığını gücləndirmək üçün BMT sistemi, aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti, media və mütəxəssis icması da daxil olmaqla bütün iştirakcıların davamlı dəstəyinə ehtiyacımız var. Fəxr edirik ki, UNDP-nin Azərbaycan nümayəndəliyi olaraq, resurslarımızın əhəmiyyətli qismini qadın sahibkarlara kömək etmək, işgüzar qadınları nümunə kimi təşviq etmək və qadınların özəl sektorda fəal və faydalı fəaliyyətini gücləndirmək üçün daha yaxşı siyasətləri təbliğ etmək üçün sərf edirik”, - deyə o, bildirib.
Qeyd olunub ki, 2008-ci ildə başlamış Qlobal Sahibkarlıq Həftəsi ideyaları reallaşdıran, iqtisadiyyatı irəli aparan və biznes fəaliyyətləri vasitəsilə insan əmin-amanlığını genişləndirən innovasiya sahiblərini və iş yerləri yaradanların fəaliyyəyini qeyd edən vacib hadisədir. 13-19 noyabr tarixlərində bütün dünyada milyonlarla insan yeni nəsl sahibkarları ruhlandıracaq, birləşdirəcək və cəlb edəcək müxtəlif tədbir və müsabiqələrdə iştirak edəcək.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda pul bazasının həcmi kəskin artıb
“Ermənilərin 31 mart milli-ideoloji terroru” adlı tədbir keçirilib (FOTO)
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - 72 saat ərzində...
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
Haber Global”: Peyvənd bölgüsündə Azərbaycana qarşı ədalətsizlik 10:04 27.03.2021
Azərbaycanda neçə nəfər COVID-19 əleyhinə vaksinasiya olunub?
Koronavirus laboratoriyada hazırlanıb?
Neftçi İK Ağsu komandası qələbə qazandı
İnsanlara inteqrativ  tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
Bakı qara hazırlaşır
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
ANAMA və DİN-dən təcili əməliyyat
Koronavirusla bağlı SON STATİSTİKA
Utancverici medal davası
İlin ən fəal gənci
Bu Qələbə gözlənilən idi
Dəhşətə gəldim axı niyə belə edirlər?  Arzu Bayramova
Prezident gənc zabitimizi təltif etdi, Elşən Babayevə
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.