А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Pərviz Şahbazov Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb

17.11.17 | Bölmə: İqtisadiyyat | Baxış: 339 | Yazar: Celilova |
Pərviz Şahbazov Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb




Belçikada səfərdə olan Azərbaycan energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb.

Nazirlikdən Melumat-merkezi.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib. Pərviz Şahbazov Avropa İttifaqının strukturları ilə enerji sahəsində uzunmüddətli əməkdaşlığın Azərbaycanın enerji infrastrukturunun modernləşməsi prosesinə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə verdiyi töhfələrdən danışıb. Nazir “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlərin gedişatı barədə məlumat verərək, Trans-Adriatik (TAP) qaz boru kəmərinin də vaxtında başa çatdırılacağına ümid etdiyini deyib.

Maroş Şevçoviç isə Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yüksək rola malik olduğunu qeyd edərək bildirib ki, Avropa Komissiyası bu layihəyə dəstəyini bundan sonra da davam etdirəcək.

Görüşdə həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Maroş Şevçoviçin dəstəyi ilə yaradılmış “Cənub Qaz Dəhlizi” üzrə Məşvərət Şurasının indiyə kimi keçirilmiş iclaslarının layihənin icrası prosesinə müsbət təsirləri barədə söhbət açılıb. Avropa Komissiyasının vitse-prezidentinin iştirakı ilə keçirilməsi planlaşdırılan “Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti iclası”na hazırlıq məsələləri müzakirə edilib.

Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair yeni Saziş layihəsinin enerji əməkdaşlığına aid hissəsi üzrə də müzakirələr aparılıb. Azərbaycanla Avropa Komissiyası, Avropa İttifaqının “EU4Energy” proqramı çərçivəsində əməkdaşlıq məsələləri,eləcə də qlobal enerji bazarında müşahidə edilən yeni trendlər ətrafında da geniş fikir mübadiləsi edilib.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Qusar sakinlərinin çoxdan gözlədiyi SƏRƏNCAM
Regionlarda da ictimai nəqliyyat vasitələrində şəffaf arakəsmələr quraşdırılır
“EuroHome”dakı yanğınla bağlı əməliyyat müşavirəsi keçirilib
Tanınmış ifaçı Mehrim Hüseyn yeni mahnısını ictimayyətə təqdim edib
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
Ramil Usubov:
“Peşəkar  fəaliyyətləri ilə insanlara örnək olan FUAD ƏHMƏDOV.”
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi - FOTO
Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub
Prezident İlham Əliyev Heydər Əliyevin doğum günü münasibətilə video paylaşıb - VİDEO
Azərbaycanda koronavirusla bağlı komendant saatı tətbiq edilə bilər
DMX əcnəbilərə göstərdiyə xidmətlərə dəyişiklik etdi
Rusiya koronavirusa yoluxanların sayına görə İranı geridə qoydu
Milli Məclisin növbəti iclasının gündəliyinə 26 məsələ daxildir
Ünvanlı dövlət sosial yardım alanlar üçün MÜHÜM XƏBƏR
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.