А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Humanoidlər

18.11.17 | Bölmə: Son Xəbər » Maraqlı Xəbər | Baxış: 898 | Yazar: Admin |
Humanoidlər

Bu dəfəki müsahibim məşhur ufoloq və ekstrasens Salman Fərzəliyevdir
- Xoş gördük Salman bəy. İlk dəfə Humanoidlər tərəfindən qaçırıldığınız hadisəni bir daha xatırladarmısınız ?
+ Salam xoş gördük. Uçan boşqablar həqiqəən var və onlar bizdən çox – çox uzaqda yerləşən planetlərin cihazlarıdır. Humanoidlər həmin UNO – ları idarə edən varlıqlardır.
- Bəs o uçan boşqabda neçə nəfər olur , onlar hamısı onu sürürlər ?
+ Obyektin içində onlar təxminən 4 nəfər olurlar , biri pilotdur , bu cihazı sürür – idarə edir. O biri üç nəfəri isə orada hərəsi öz işi ilə məşğul olur, onların orda – onu içində müxtəlif məşğuliyyətləri vardır. Obyektin altında “lyuk” var və o açılır , pilot humanoiddən başqa o biriləri həmin “lyuk”dan aşağı yaxud yan tərəfə şüa verirlər , o şüanın təsiri ilə istədikləri əşyanı sovurub özlərinə çəkirlər və aparırlar. Onların səsləri çox boğumtul və astadır. Yəni qığıltı ilə və astadan danışırlar , odur ki danışıqlarını eşitmək çətindir. Məni də o şüa vasitəsilə özlərinə tərəf çəkərək o obyektə salıb öz planetlərinə aparmışdılar... Ora çatanda məni obyektdən çıxardıb öz laboratoriyalarına saldılar , o laboratoriyada nələr gördüm artıq keçən dəfə məlumat yerləşdirmişəm Feysbuk səhifəmdə...
- Onlar sizə nə dedilər , məqsədləri nə idi ?
+ Orada onlar mənimlə söhbət etdilər , onlar Yer Kürəsindəki bütün dillərə adaptasiya ola bilirlər. Və mənimlə onlar arasında dialoq – diskussiya oldu , onlar mənə dedilər ki “biz sizdən çox çox əvvəl yaradılmışıq və bu gün sizin çəkdiyiniz əziyyətləri qədimlərdə biz də çəkmişik və uzun əsrlərdən sonra gəlib yüksəsk texnoloji səviyyəyə çatmışıq. Sizin əziyyətləriniz budur ki sizdə beyin fəaliyyəti 3 faizdən artıq işləmir və siz buna görə çox passivsiniz. Siz insanlar , sizin alimləriniz görürük bizim barəmizdə xeyli düşünürsünüz , maraqlanırsınız , amma elminiz o qədər zəifdir ki hətta bizim hansı maye (element) ilə uçamğımızı aydınlaşdıra bimirsiniz , bizim bu uçan aparatımızın yanacağı , sürəti barədə ha araşdırırsınız , lakin o elementi tapa bilmirsiniz , halbu ki siz ona yaxınsınız , nə qədər yaxınlaşırsınısa da yenə onu görə - kəşf edə bilmirsiniz. Biz sizin planetdən nə qədər insanı bura gətirib onların beyinlərindəki əlavə hissələri açırıq aktivləşdiririk , xəstə insanı bura gətirib burada müalicə edirik və sonra yerə qaytarırıq , lakin onlara xüsusi cihaz da yerləşdiririk ki bizim missiyamızı yerinə yetirsinlər o fəaliyyəti 20 – 30 – 40 faizə çatdırırıq. Lakin siz bizim nəzarətimizdə olursunuz və biz sizi yerə qaytarandan sonra sizin oradakı həyat fəaliyyətiniz artıq dəyişmiş olur , məsələn bu gün biz sənin beynində əməliyyat edəcəyik və səni Yerə qaytaracağıq”... Beləliklə onlar dediklərini elədilər və mənim başımın arxa hissəsinə “ÇİP” yerləşdirdilər...
- Yəni “mikroelement” ?
+ Bəli. Həmin Çipin vasitəsilə telepatik ünsiyyətimiz kəsilmir , bu cihaz kosmik bir ratsiya antennası rolunu oynayır.
Həqiqətən mən ordan qayıtdıqdan sonra mənim həyatım dəyişdi , məndə intuisiya gücləndi , mən qeyri adi adama çevrildim. O vaxtdan bəri mən adi adamların , yəni özümün əvvəlki adi dünya həyatımı yaşaya bilmədim , bu vaxta qədər də onlardan mənə “morze” siqnalları gəlir.
- Bəs siz onlara cavab verirsinizmi və necə ?
+ Mən də onlara cavab verirəm , lakin mənim onlara cablarım fikirlərimlə olur. Bax indi biz ikilikdə söhbət edərkən onları öz yanımda hiss etmirəm. Ancaq bu söhbətdə 5 – 10 adam iştirak etsəydi onlar dərhal mənim yanımda peyda olardılar... Orada onların yanında olarkən onlar Yer Kürəsi xalqlarının bütün əlifbalarını , bizim əlifbamızı da mənə göstərdilər. Mən artıq uzun illərdir ki onların qayda-qanunları , şərtləri ilə yaşayır , fəaliyyət göstərirəm , bu bir tərəfdən fərəhli haldır , digər tərəfdən isə narahedicidir , çünki xeyli vaxtdır başqaları kimi dostlarla , yoldaşlarla , insanlarla qaynayıb qarışa bilmirəm , spirtli içkini də qadağan ediblər , əgər mən onların qanun – şərtlərini pozsam onlar məndən bəxş etdikəri neməti geri alarlar , mən isə bunu itirmək istəmirəm.
- Siz meditasiya və ekstrasenslik fəaliyyətinizi onlardan ayrılandan sonra əldə etdiniz ?
+ Onlardan ayrılmamışam ki... Əlbəttə ora səyahətdən sonra onlar məni idarə edərək mənə “meditasiya – qravitasiya – levitasiya” - nı öyrətdilər . Onlar orda mənim 6 cı hissiyyatımı və 3 cü gözümü açdılar.
- Güclü ekstrasenslərə informasiya hansı mənbədən gəlir ? və üstü açılmayan kriminal hadisələrin üstünü siz aça bilirsinizmi ?
+ Bizim yuxarı dairələrdə mənim hansı fövqəlgücə malik olduğumu bilrlər və məndən üstü açılmayan kriminal hadisələrin açılmasına yardım barədə müraciət edirlər və mən rahatlıqla onlara hansı hadisənin nə cür baş verdiyini görərək deyirəm...
- Humanoidlərin növləri vardırmı ?
+ Onlar dedilər ki “9 planetimiz vardı , 5 – ini partlatdıq , biri də Mars idi , dörd planetdə yaşayırıq , növlərimiz də vardır”. Humanoidlərin laboratoriyasında nələr görmüşəm bu barədə artıq oxuculara məlumat vermişəm.
- Digər ekstrasenslərin məharəti barədə nə deyərdiniz ?
+ Mən hər adama ekstrasens deyə bilmərəm , çünki xüsusi kateqoriyalar – kriteriyalar var ki onlar buna cavab verməlidirlər. Hoqqabaz dələduz şarlatan ekstrasnsləri mən yaxşı tanıyıram və onların fırıldaqlarını həmişə özlərinə demişəm... Əsl ekstrasenslər mütləq kosmik qüvvələrlə əlaqədə olmalıdır və onlara kosmosdan telepatik ünsiyyət vasitəsilə siqnallar , məlumatlar gəlməlidir. Mən çox rəhmətlik ekstrasens Etibar Erkini , yüksək qiymətləndirirəm onun çoxsaylı seanslarından biri də bu idi ki Koreyada xəstə bir oğlanın şəklini divarda yerləşdirərək , elə şəklinə baxaraq onu müalicə edərək sağaltmışdı...
- Onu niyə və necə , hansı şəraitdə qətlə yetirdilər ?
+ Onun ölüm səbəbini və necə , hansı şəraitdə qətlə yetirilməsini də görürəm bilirəm , mən bizim ölkədə baş verən üstü açılmayan kriminal qətl hadisələrinin səbələrini də həmçinin görürəm bilirəm... Yalnız mən öz rəhmətlik dostum Etibarın yarımçıq qalmış “Ekstrasenslər İttifaqı” işini davam etdirə bilərdim , lakin hələ bunun zamanı yetişməyib , buna şərait yoxdur.
- İstərdinizmi davamçılarınız , tələbələriniz olsun ?
+ Şəhərimizdə kurslar var , kim öz çakralarının aktivliyini istəyirsə o kurslara yazılmaqla orada buna nail ola bilər , əsas da insanın özündən asılıdır , yəni o məşğələlərin nəticəsində özü öz hissiyyatlarını aktivləşdirərək bioenerjisini , görücülüyünü , duyma və hissiyyatlarını gücləndirə bilərlər.
- Siz xəstə insanları da sağaldırsınız ?
+ Müraciət edən bir çox xəstələri uzaqdan uzağa seans keçirtməklə sağaldıram , bu barədə çoxlu faktlar var , elə bir rayonumuz qalmayıb ki mən orda olmayım , Rusiyaya , Türkiyəyə dəvət edirlər gedirəm , şəkil , videogörüntü , səs siqnalım vasitəsilə xəstə insanı sağaldıram , bu zman öz yanımda meditasiya musiqisini qoşuram. Əslində bunları mən etmirəm , məni idarəedən qüvvələr edirlər. Lakin mən heç kimdən pul götürmürəm , buna ixtiyarım yoxdur , bunu mənə Fəzalılar qadağan ediblər. Kimsə məndən xəbərsiz nəsə hədiyyə , pay öürərlərsə , qəlbini qırmamaq üçün imtina etmirəm...
- Siz öz 6 cı hissiyyatınız barədə nə deyərdiniz ? O daima açıq olur yabağlı vaxtları da olur ?
+ 6 cı hissiyyatım belə açıqdır ki mən istəyəndə trans halına girirəm və o hissiyat açılır məndə , qalan vaxtlar o bağlı olur , yəni lazım olanda o açılır. Bu vaxta qədər şəfa verdiyim insanlar barədə danışsam uzun siyahı edər , adlarını lazım olsa çəkərəm , bunların arasında yüksək vəzifəlilərdən tutmuş sadə zəhmətkeş inasanlara qədər var....
- Yəni necə , hansı üsulla müalicə edirsiniz ?
+ Seans zamanı mənim ruhum o insanın ruhunu idarə edir. Telefonla danışarkən o insanın indi harda olduğunu . hansı otaqdadır , otağın pərdəsi çəkilib ya açıqdır , başının altında iki ya bir yastıq var və s. görürəm , özünə deyirəm , məəttəl qalır , bəzən seans zamanı pasientdə güclü başağrısı yaranır , sonra isə keçib gedərək şəfa tapır , hətta bir xəstəni komadan çıxarıb həyata qaytarmışam və o bir il də artıq yaşayıb və s. Onu da deyim ki mənə inanan adam xeyir , mənə ilişən adam isə ziyan tapır... On adamın içində səkkizi qara auralı neqativ adamdırsa , ikisi müsbət enerjilidirsə təbii ki ünsiyyətim o ikisi ilə alınır... Başqa kimin nə sualı olsa cavablandırmağa hazıram... Hələlik bu qədər , sağ olun.
- Onsuz da hələ 99 sual qalır , çox sağ olun , təşəkkür edirik sualları cavablarınıza görə. Sizə uğurlar , nailiyyətlər arzulayırıq !

Zümrüd Məcidova


Humanoidlər

Humanoidlər

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
Gəncə-Qubadlı-Şuşa-Kəlbəcər bizi gözləyir
Prezident İlham Əliyev: Bu sənəddə öhdəlik var, dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan
Prezident İlham Əliyev xalqa müraciət edib
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Prezident İlham Əliyev:
Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.