А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Şah kimi yaşadın, Şah kimi öldün

23.11.17 | Bölmə: Cəmiyyət | Baxış: 662 | Yazar: Celilova |
Şah kimi yaşadın, Şah kimi öldün





Gecə saat 1- dən sosial şəbəkələr partlayır. Hamı sənin şəklini paylaşır, hamı ŞOKdadı mənim kimi. Heç kim inanmır. Necə ki gecə mən xəbəri oxuyanda inanmayan kimi.
İlk intuisiyam o idi ki, ya Mahir Məmmədli, ya da Nəsimi Nəbizadə səninlə zarafat edirlər. Onlar yayıb bu xəbəri deyə belə zənn edirdim. Amma…
Bu gün yaşadığın evin həyətinə gedəndə yanıldığımı gördüm. Mahir də orda idi, Nəsimi də. ANS bağlanandan sonra mən hələ ANS-çilərin hamısını bir yerdə görməmişdim. Hamısı orda idi, bir nəfər kimi. Amma.. Sən yox idin aralarında.
Həyətiniz dolu idi insanla. O boyda 9 mərtəbəli yaşayış binasının həyətində yer yox idi dayanmağa. Hamı Natiqsevərlər idi. Hamı gəlmişdi səninlə görüşməyə, vida görüşünə. APA Holdinq də, bütün aparıcı media nümayəndələri sizin həyətə axışırdı.
Amma, bircə sən yox idin. Gözləmirdim səndən ki, görüşünə gələnləri bu qədər gözlədəsən həyətdə. Həmişə bir zəngə dərhal gəlirdin, görüşürdük.
Sonuncu danışığın telefonumda qalıb, dünənki danışığımız. Dayanmadan qulaq asıram.
Bu gün görüşməli idik guya. Dünən dedin, “qvardiyanı” yığ, görüşək, beynimizi açaq. Dediyini də elədim. Yığdım həmin “qvardiya”nı, amma həmişəki kimi restorana yox, sizin həyətə yığışdılar. Bu dəfə onlar da hamı kimi qan ağladılar. Hamının içində bir fəryad var idi…
O gün danışanda dedin, tələsməyin, sürpriz edəcəm sizə. Bu idimi sürprizin????
Bunu etməməli idin bizə. Bu sürpriz yox, dağ idi bizə, Natiq. Bunun nəyinə sürpriz dedin Natiq?
Bilirəm, qəfil ölümü xoşlayırdın. Qəfil ölənlərə xoşbəxt, bəxtəvər deyirdin. Buna görə deyirdin? Bilirdin ki, “bəxtəvər” öləcəksən?
Mənə həmişə deyirdin infaktdan qorxma, amma özünü qoru. Mən qorxmadım infaktdan. 10 ildir ki infaktla dostam, sənin dediyin kimi. İnfaktın “nazı” ilə oynayıram. Amma, sən…. Sən infakta can verdin, niyə???? Sən bu qədərmi dözümsüz idin? Bu qədərmi iradəsiz idin? Yox, mənim tanıdığım Natiq belə deyildi.
Bizə sənin nəzərində tutduğun “sürpriz”i də bu gün eşitdim. Eşitdim ki, ikinci dəfə ata olacaqsanmış. Amma gözləmədin o günü…
Bayaq hamı sizin həyətdə yığışanlar topa-topa yığışıb söhbət edirdilər. Qəfil “Natiqi gətirilər!” deyəndə hamı bir yerə toplaşdı. Sanki canlı gəlirdin. Hamı yaşadığın blokun qarşısına qaçdı. Amma… Sən canlı yox, tabutda gəldin…
Tabutun da özün kimi səliqəli idi. Sankı, üzərinə sərilən qırmızı parça da tabutun əyninə biçilmişdi, nə böyük idi, nə kiçik.
Həmişə hansısa bir paltar alanda sənə göstərib deyirdim ki , Natiq necə yaraşır? Bir sözün var idi, əladı, qutu kimi. Hə bax sən də bu gün tabutda, qutuda qutu kimi çıxdın qarşımıza…. Və elə həmin qutuda da getdin…
Yerin behişt olsun! Yaxşı insanlar həmişə cənnətə düşür. Əminəm ki cənnətdəsən mənim cənnət üzlü qardaşım. Simandakı gülüş, tələsik səsin, aforizmli sitatların heç vaxt yadımızdan çıxmayacaq!
“Şah qanun deyil, qanun şahdır! dedin, Şah kimi yaşadın, Şah kimi öldün. Allah rəhmət eləsin!
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda pul bazasının həcmi kəskin artıb
“Ermənilərin 31 mart milli-ideoloji terroru” adlı tədbir keçirilib (FOTO)
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - 72 saat ərzində...
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
Haber Global”: Peyvənd bölgüsündə Azərbaycana qarşı ədalətsizlik 10:04 27.03.2021
Azərbaycanda neçə nəfər COVID-19 əleyhinə vaksinasiya olunub?
Koronavirus laboratoriyada hazırlanıb?
Neftçi İK Ağsu komandası qələbə qazandı
İnsanlara inteqrativ  tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
Bakı qara hazırlaşır
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
ANAMA və DİN-dən təcili əməliyyat
Koronavirusla bağlı SON STATİSTİKA
Utancverici medal davası
İlin ən fəal gənci
Bu Qələbə gözlənilən idi
Dəhşətə gəldim axı niyə belə edirlər?  Arzu Bayramova
Prezident gənc zabitimizi təltif etdi, Elşən Babayevə
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.