А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Gələn il pensiyalar bu qədər artacaq

04.12.17 | Bölmə: Son Xəbər » İqtisadiyyat | Baxış: 230 | Yazar: Admin |
Gələn il pensiyalar bu qədər artacaq






Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ay pensiya məbləğlərinin indeksasiya ediləcəyini açıqlayıb.

Melumat-merkezi.az məlumat verir ki, iqtisadçı Vüqar Bayramov pensiyaların yeni indeksasiya mexanizmi və pensiya məbləğinin neçə faiz artacağını şərh edib. Ekspert bildirib ki, yeni pensiya qanunvericiliyinə əsasən indeksasiyada 2 əsas dəyişiklik var: "Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq "keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq. Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə bu anlayışdan artıq istifadə edilmir. Gələn ildən isə məbləğindən asılı olmayaraq bütün pensiya məbləğinə indeksasiya tətbiq ediləcək. Pensiya məbləğində artımlara gəldikdə isə, bu ilin 9 ayında orta aylıq əmək haqqı 7.2 faiz artıb. Doğrudur, 2017-ci ildə orta aylıq əmək haqqı məbləğində 6.2 faiz artım proqnozlaşdırılır. Bununla belə, növbəti aylarda faktiki göstərici ciddi dəyişməzsə, o zaman gələn aydan pensiya məbləğlərində təxminən 7 faiz artım qeydə alınacaq. Orta pensiya məbləğinin 208 manat olduğunu nəzərə alsaq, bu halda orta pensiya 15 manata yaxın artacaq. Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək, yanvar ayında alacağı pensiyanın yeni məbləğini hesablaya bilər. Gələn ay indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq 2018-ci ildə pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır”.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Teletənqidçilər TV-ləri nişan aldı
227 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.