А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Binəqədidə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası" tədbiri keçirilib

05.12.17 | Bölmə: Cəmiyyət | Baxış: 535 | Yazar: Admin |
Binəqədidə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası" tədbiri keçirilib





Daxili İşlər Nazirliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti haqqında maarifləndirmə tədbiri keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən Melumat-merkezi.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Aygün Əliyeva açaraq son illərdə Binəqədi rayonunda yetkinlik yaşına çatmamış gənclərlə bağlı görülən işlər barədə danışıb. Natiq çıxışında bu məsələdə hər bir ailədə doğru təbliğatın aparılmasının vacibliyini qeyd edib.

Sonra söz Daxili İşlər Nazirliyi Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili Şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərova verilib. Ə.Əkbərov Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliklərinin fəsadları, onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu haqqında geniş məruzə ilə çıxış edib.

Binəqədi Rayon Polis İdarəsinin rəisi müavini, polis polkovnik-leytenantı Oqtay Süleymanlı çıxışında tədbir iştirakçılarına dini radikalizmin zərərli təsirləri haqqında məlumat verib. Həkim Narkoloq Bəhram Əhmədov yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik? mövzusunda iştirakçılara narkotikin törətdiyi silinməz fəsadlar haqqında məlumat verib. Binəqədi rayon Qeydiyyat Şöbəsinin müdiri Tahirə Əsgərova isə Yetkinlik yaşına çatmayan qızların erkən nigahlara cəlb edilməsinin qarşısının alınmasına dair görülən işlərdən danışaraq, son illərdə Binəqədidə bu yöndə statistik azalmanın olduğunu bildirib.

Çıxışlar bitdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hazırladığı videoçarx nümayiş etdirilib.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Qobustan rayon polis şöbəsində yeni təyinat olub
Vilayət Eyvazov onu rəis təyin etdi
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
Məktəb psixoloqları üçün imtahan keçiriləcək
Turizm sahəsinə vergi güzəştləri tətbiq ediləcək
SABAHDAN BAŞLAYIR - Dekabrın 22-dək...
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Sosial evlərlə bağlı qərar verildi
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
Sabah hava necə olacaq?
Azərbaycanda Milli Məclis buraxıldı
Təhsil şirkətlərinin aldatdığı tələbələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.