А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

“Borçalı” İctimai Birliyinin növbəti Ümumi yığıncağı: Şərif Kərimli Birliyə yeni sədr seçildi

05.12.17 | Bölmə: Cəmiyyət | Baxış: 409 | Yazar: Bakixeber |
“Borçalı” İctimai Birliyinin növbəti Ümumi yığıncağı: Şərif Kərimli Birliyə yeni sədr seçildi



Dekabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində “Borçalı” İctimai Birliyinin növbəti Ümumi yığıncağı keçirilib. Toplantıya tanınmış publisist-şair Dəyanət Osmanlı sədrlik edib.


127 nəfərin iştirakıyla baş tutan Ümumi yığncaqda Birliyin ötən dövr fəaliyyəti müzakirə olunub və qeyri-qənaətbəxş hesab edilib. Sədr Kərəm Məmmədovun istefası nəzərə alınaraq gündəliyə Birliyə yeni sədrin seçilməsi məsələsinin salınması yekdilliklə qəbul edilib.
Keçmiş sədrin istefasından sonra İH-nin 18 nəfər üzvünün seçdiyi Ümumi yığıncağa hazırlıqla əlaqədar İşçi qrupunun hesabatı dinlənilib.
Cari məsələlərlə əlaqədar professorlar Teymur İlyasov, Asif Hacıyev, tanınmış ziyalılardan Həmzəli İlyas, Adil Cəmil, Hacı Teymur və başqaları fikir və təkliflərini bildiriblər.
İşçi qrupunun məlumatında Azadə-Taleh Abbas qızı və Şərif Kərimlinin sədrliyə namizədliyinin qeydə alındığı bildirilib. Sonra sədrliyə namizədlərə öz platformalarını söyləmək üçün söz verilib. Azadə-Taleh Abbasqızı namizədliyini geri götürdüyünü bildirib. Növbəti namizəd Şərif Kərimli sədr seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb.
Səsvermə nəticəsində, 1 nəfər bitərəf olmaqla, tanınmış jurnalist Şərif Kərimli 2 illik dönəmə “Borcalı” İctimai Birliyinin sədri seçilib.
Yığıncaqda digər təşkilati işlərə də baxılıb. Asif Hacıyev, Cümşüd İbrahimli, Dəyanət Osmanlı, Azadə-Taleh Abbasqızı, Razim Məmmədli, Vahid Ömərli, Rəşid Faxralı, Pünhan Əfəndiyev, Ziyadxan Budaqov, Teymur İlyaslıdan ibarət İdarə Heyətinin üzvləri müəyyənləşib.
Tədbir iştirakçıları Dəyanət Osmanlını Birliyin sədr müavini seçiblər.
Teymur İlyaslı Ağsaqqallar Şurasının, Azadə-Taleh Abbas qızı Qadınlar Şurasının, Dilsuz Musayev Nəzarət-Təftiş Komissiyasının, Roman Darvazlı isə Gənclər Şurasının sədri seçiliblər.
Bununla da Ümumi yığıncaq öz üşini uğurla başa çatdırıb.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Qobustan rayon polis şöbəsində yeni təyinat olub
Vilayət Eyvazov onu rəis təyin etdi
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
Məktəb psixoloqları üçün imtahan keçiriləcək
Turizm sahəsinə vergi güzəştləri tətbiq ediləcək
SABAHDAN BAŞLAYIR - Dekabrın 22-dək...
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Sosial evlərlə bağlı qərar verildi
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
Sabah hava necə olacaq?
Azərbaycanda Milli Məclis buraxıldı
Təhsil şirkətlərinin aldatdığı tələbələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.