А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirildi

10.12.17 | Bölmə: Cəmiyyət | Baxış: 538 | Yazar: Celilova |
17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirildi





Melumat-merkezi.az xəbər verir ki, 17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. Dəyişiklik edilməsinə səbəb, marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcının fəaliyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq çatışmazlıqları aradan qaldırmamasıdır.

Məlumat üçün bildiririk ki, 17 nömrəli marşruta aid avtobusların gündəlik xətdə olarkən təsdiq edilmiş hərəkət sxeminə uyğun fəaliyyət göstərmədiyi və hərəkətin intensiv olduğu küçə və prospektlərdə geridönmə manevri edərkən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması müəyyən edilib. Bununla yanaşı, sərnişinlərdən 17 nömrəli marşrut xətti ilə bağlı “141” Çağrı Mərkəzinə çoxsaylı şikayətlər daxil olub. Qeyd edilən nöqsanlar barədə Agentlik tərəfindən dəfələrlə marşrutun daşıyıcısına rəsmi və şifahi xəbərdarlıq olunmuş, o cümlədən “141 Çağrı Mərkəzi”nə daxil olan şikayətlər daşıyıcının elektron ünvanına göndərilsə də, daşıyıcı tərəfindən heç bir ciddi tədbir görülməyib.

Dəyişiklikdən sonra 17 nömrəli müntəzəm marşrut xətti üzrə “BakuBus” MMC-ə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar Bakı sakinlərinə xidmət edəcək. 17 nömrəli marşrut xəttinin müvəqqəti istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Dəyişiklik 16.12.2017 tarixindən qüvvəyə minəcək. Bununlada nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 20 olacaq.

Qeyd edək ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşıma ilə bağlı müəyyənləşdirilən tələblərə əməl etməyən, ən əsası avtobus bazasını yeniləməyən və nağdsız ödəniş sisteminə keçməyən digər daşıyıcılar barəsində də analoji addımlar atılacaq.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda pul bazasının həcmi kəskin artıb
“Ermənilərin 31 mart milli-ideoloji terroru” adlı tədbir keçirilib (FOTO)
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - 72 saat ərzində...
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
Haber Global”: Peyvənd bölgüsündə Azərbaycana qarşı ədalətsizlik 10:04 27.03.2021
Azərbaycanda neçə nəfər COVID-19 əleyhinə vaksinasiya olunub?
Koronavirus laboratoriyada hazırlanıb?
Neftçi İK Ağsu komandası qələbə qazandı
İnsanlara inteqrativ  tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
Bakı qara hazırlaşır
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
ANAMA və DİN-dən təcili əməliyyat
Koronavirusla bağlı SON STATİSTİKA
Utancverici medal davası
İlin ən fəal gənci
Bu Qələbə gözlənilən idi
Dəhşətə gəldim axı niyə belə edirlər?  Arzu Bayramova
Prezident gənc zabitimizi təltif etdi, Elşən Babayevə
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.