А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Lukaşeviç: "2017-ci il Qarabağ danışıqlarının bərpası baxımından əlamətdardır"

11.12.17 | Bölmə: Son Xəbər | Baxış: 177 | Yazar: Celilova |
Lukaşeviç: "2017-ci il Qarabağ danışıqlarının bərpası baxımından əlamətdardır"




"2017-ci il Dağlıq Qarabağ münaqişəsi bölgəsində təhlükəli eskalasiyadan uzaqlaşma və danışıqlar prosesinin bərpası ilə əlamətdardır".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün "Rossiya Seqodnya" agentliyində keçirilən Moskva-Vyana telekörpüsündə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
"Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində keçirdikləri görüşləri alqışlayırıq. Bu məsələ ilə bağlı olduqca intensiv işlər görülüb. Vyanada keçirilən ATƏT XİN başçılarının Şurasının toplantısında Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunub. Həmsədrlərin dəstəyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının ayrıca görüşü keçirilib. Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə görüşü hamımızı ümidləndirdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesini intensivləşdirməyə razılaşmışıq”, - deyə o vurğulayıb.
Diplomat yanvar ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənildiyi də xatırlayıb: "Biz bu tendensiyanı dəstəkləyirik. Həmsədrlər və ATƏT sədrinin şəxsi köməkçisi Kaspşik hər cür dəstəyə layiqdir", - deyə rusiyalı diplomat qeyd edib.
Lukaşeviç danışıqlar prosesini hərtərəfli dəstəklədiklərini söyləyib: "Tərəflər arasındakı ziddiyyət nazirlərin ATƏT-in fəaliyyətinin aspektləri ilə bağlı müəyyən razılığa gəlməsinə mane olurdu. Təəssüflənirik, bu faktdır. Belə vəziyyət iqtisadi səbət üzrə daha geniş qərarlara çıxmağa imkan vermir. Lakin bu ilin tendensiyası ümidvericidir. Rusiya Dağlıq Qarabağ prosesinin nizamlanması ilə bağlı danışıqlar prosesinə, Bakı və İrəvandakı dostlarımıza qarşılıqlı məqbul olan həll yolunu tapmaq üçün vacib təsir funksiyasını özündə saxlayır".скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Медицинская лаборатория Центрального Таможенного  Госпиталя получила международный сертификат ISO 15189:2012
Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 beynəlxalq sertifikatını alıb
Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.