А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Azərbaycanda 5 halda tələbə ali təhsil müəssisəsindən xaric ediləcək

12.12.17 | Bölmə: Təhsil | Baxış: 368 | Yazar: Celilova |
Azərbaycanda 5 halda tələbə ali təhsil müəssisəsindən xaric ediləcək





Azərbaycanda 5 halda tələbə ali təhsil müəssisəsindən xaric ediləcək.
Məlumata görə, bu, Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və dekabrın 12-dən qüvvəyə minmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ında əksini tapıb.
Qaydalara əsasən, tələbə öz arzusu ilə başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən) və növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda təhsil müəssisəsindən xaric ediləcək. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat bir həftə müddətində ali təhsil müəssisəsinin rektoru tərəfindən onların hərbi uçotda olduqları dövlət qurumuna verilir.
Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Azərbaycan ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında qış və yay tətili dövründə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda tələbənin bərpası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Nazirlər Kabinetinin 21.01.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir.
Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan şəxslər ixtisasına uyğun olaraq müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Onların bərpası sənədləri müvafiq mülki ali təhsil müəssisəsinə təqdim etməklə, ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisəsinin tələbələr sırasından xaric edilmiş şəxs ixtisasına uyğun olaraq Azərbaycanın müvafiq mülki ali təhsil müəssisəsinə bərpa oluna bilər. Bu qəbildən olan şəxslərin bərpası qış və yay tətili dövründə bu Qaydalarda əksini tapan köçürülməyə dair ümumi tələblərə uyğun həyata keçirilir. Bərpa olunmuş tələbələrin şəxsi işi bərpa edilir. Bu şəxsi işə rektorun adına yazılmış ərizə, bərpa olunma haqqında əmrdən çıxarış, digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə Nazirlər Kabinetinin 21.01.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir. (apa)скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.