А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

“Uşağın sosiallaşması prosesi bağçadan başlamalıdır”

12.12.17 | Bölmə: Cəmiyyət | Baxış: 435 | Yazar: Celilova |
“Uşağın sosiallaşması prosesi bağçadan başlamalıdır”



Çox vaxt valideynlər psixoloq seçimində yanılırlar”
Məktətəqədər və məktəb yaşlı uşaqların davranışında bir problem yaranan kimi müəllimlər valideynlərə övladlarını psixoloqa aparmağı məsləhət görürlər.

Psixoloq Könül Vaqifqızı bu və digər məsələlərlə bağlı Versus.Az-a danışdı:

“Uşaq çoxdur və müəllimlər onların psixoloji durumuna nəzarət etməyə, müəyyən psixoloji problemlərini yoluna qoymağa, bu səpkidə hər uşağa individual yanaşmağa vaxt tapmır. Psixoloq valideynlərlə də işləməlidir. Çünki 3-4 yaşında olan uşaqlarda psixoloji problem olursa, onun kökünü ailədə tapmaq və valideynlərə müəyyən məsləhətlər vermək lazımdır”.

K.Vaqifqızı çox vaxt valideynlərin psixoloq seçimində yanıldıqlarını vurğulayaraq, onların peşəkarlarla işləməsini tövsiyyə etdi:

“Öz işini yaxşı bilməyən, uşaq psixikasından, xarakterindən xəbərsiz olan adamların “uşaq psixoloqu” adı ilə meydana çıxması, üstəlik də orta ümumtəhsil məktəblərində, eləcə də məktəbə qədər təhsil müəssisələrində fəaliyyət göstərməsi nəticədə xoşagəlməz hallara səbəb olur”.

Psixoloq xanım bildirdi ki, valideynlərdən məktəb psixoloqları ilə bağlı şikayət və narazılıqlarla tez-tez rastlaşır. Könül xanım qeyd etdi ki, məktəb psixoloqları bu sahəyə diplomlarına və sertifikatlarına görə deyil, bilik və təcrübələri, şagirdlərlə işləmək bacarıqları nəzərə alınmaqla götürülməlidir:

“Uşağın sosiallaşması prosesi bağçadan başlamalıdır ki, o, normal şəkildə cəmiyyətə adaptasiya oluna bilsin. Uşaq şagird olana qədər cəmiyyətə, ətrafa adaptasiya prosesini qismən keçməlidir. Onun gələcəkdə cəmiyyətin fəal bir üzvünə çevrilməsi üçün bu əsas şərtlərdən biridir. Bilirsiniz, sosiallaşma insanın fəal vətəndaş, bir şəxsiyyət kimi formalaşma prosesidir. Liderlik isə şəxsiyyət kimi formalaşmanın ən yuxarı pilləsi sayılır. Bunu dahi filosof, pedaqoq və psixoloqlar deyib. Bu gün biz təcrübədə bunun əyani şahidi oluruq. Sirr deyil ki, şəxsiyyət kimi formalaşmada bioloji və psixoloji amillərlə yanaşı, sosial təsir amili də mövcuddur. Sosiallaşma üçün ilk növbədə, mühit – cəmiyyət, insanın buna psixoloji hazırlığı və sosiallaşmaya olan ehtiyac kimi amillər mühüm rol oynayır”.

Məktəb psixoloqlarının fəaliyyətinə gəlincə, psixoloq vurğuladı ki, bu sahədə çalışan peşəkarlar da var və onlar çalışdıqları məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində bu problemlər qismən olur:

“O da uşağın, valideynin məktəb psixoloqu xidmətindən yayınması ilə bağlıdır. Təəssüf ki, uşaq tərbiyəsində rol oynayan bir sıra sahələrdə olduğu kimi, məktəb psixoloqu sahəsində də ciddi problemlər hələ də qalmaqdadır. Bilirsiniz ki, bu bizdə yeni sahədir. Buna baxmayaraq, bizdə öz işini bilən mütəxəssislər var, onlar çalışırlar, uşaqlara fayda verirlər. Əvvəlki illərdə çətin tərbiyə olunan, psixikasında müəyyən pozuntular olan, müxtəlif xoşagəlməz vərdişlər qazanan uşaqlarla məktəbdə xüsusi pedaqoq işləyirdi. Bu pedaqoqlar o qədər peşəkar idi ki, onlar şagirdi həyata qaytara bilir, cəmiyyətin layiqli vətəndaşına çevirirdilər. Bu gün təkcə psixoloq olmaq kifayət etmir, onlar həm də pedaqoq olmalıdırlar. Bu gün məktəb psixoloqlarının çoxunda pedaqoqluq xüsusiyyətləri yoxdur. Bu da təəssüf doğurur. Şagirdlərlə işləmək xüsusi metodlar tələb edir. Bunun üçün psixoloqdan səbr, təmkin, uşaqlarla dost olmaq, səmimi münasibət qurmaq tələb olunur. Ancaq bəzən biz bunu məktəb psixoloqlarında görə bilmirik. Bu da belələrinin məktəblərə, uşaq bağçalarına təsadüfən gəlib çıxmasının “bəhrəsi”dir. Bəzi psixoloq adı daşıyanlar məktəbə sadəcə bir iş yeri, maaş aldığı bir yer kimi yanaşırlar. Bu halda onları şagird maraqlandırmır”.

K.Vaqifqızının sözlərinə görə, bu gün şagirdlər arasında aqressiv xarakterə malik olanlar çoxdur. Psixoloq hesab edir ki, uşaqlarda aqressiyanı azaltmaq, yüngülləşdirmək üçün mütləq psixoloqlar işlər görməli, yeni metodlardan istifadə etməlidirlər. Könül xanım onu da qeyd etdi ki, uşaq müəssisələrinə, xüsusən də orta məktəbə işə götürülən psixoloqlar imtahandan, attestasiyadan keçməlidirlər:
“Onların işə qəbulu böyük bir prosesdən keçməlidir. Yaxşı olardı ki, məktəbdə, bağçada psixoloq vəzifəsində işləmək istəyənlərdən bir neçə mərhələli imtahan götürülsün. Bunun nəticəsi müsbət olar”.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə-Qubadlı-Şuşa-Kəlbəcər bizi gözləyir
Prezident İlham Əliyev: Bu sənəddə öhdəlik var, dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan
Prezident İlham Əliyev xalqa müraciət edib
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Prezident İlham Əliyev:
Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.