Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Dekabrın 15-də Ermənistanın Fransadakı səfirliyinin binası qarşısında Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə etiraz aksiyası keçirilib. Melumat-merkezi.az xəbər verir ki, aksiyada Fransada yaşayan Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edib.
Aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları, Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretlərini və müxtəlif plakatlar tutaraq səfirliyin qarşısında “Ermənistan aqressiyaya son ver!", “Azərbaycan torpaqlarını işğala son qoy!”, “Girovları azad et!”, “Qarabağdan əlini çək!” kimi şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları Dilqəm Əsgərov və Şahbaz Quliyevə Dağlıq Qarabağ ərazisində qondarma məhkəmə nəticəsində qeyri-qanuni iş kəsildiyini bildirib, onların əsir və girov saxlanıldığını, fiziki və psixoloji işgəncə altında olduğunu qeyd ediblər. Girovluqda saxlanılan azərbaycanlıların dərhal azadlığa buraxılması tələb olunub. Aksiya Ermənistan səfirliyinə bəyanat təqdim etməklə, insidentsiz başa çatıb.
Xatırladaq ki, azərbaycanlı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında öz doğmalarının məzarlarını ziyarət edərkən erməni silahlı birlışmələri tərəfindən oğurlanaraq, girov götürülüblər. Onlar üzərində saxta məhkəmə prosesi keçirilib və birinə 22 il, digərinə isə ömürlük həbs cəsası verilib.
(səs: 0)
Oxşar:
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
07.12.20 | Cəmiyyət
Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
26.11.20 | Cəmiyyət
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Ekspress avtobuslar belə işləyəcək
17.10.20 | Cəmiyyət