А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

İlham Əliyev: "İqtisadiyyatımız sabitləşmə dövrünə qədəm qoydu"

18.12.17 | Bölmə: İqtisadiyyat | Baxış: 352 | Yazar: Admin |
İlham Əliyev: "İqtisadiyyatımız sabitləşmə dövrünə qədəm qoydu"

Prezident İlham Əliyev dekabrın 18-də Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Keiko Honda təmsil etdiyi qurumun ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini, Azərbaycanda aparılan iqtisadi islahatları yaxından izlədiklərini və görülən işləri yüksək qiymətləndirdiklərini bildirib. Azərbaycanda iqtisadi çətinliklərin arxada qoyulması, ölkədə sabitliyə və inkişafa nail olunması münasibətilə təbriklərini çatdıran Keiko Honda Azərbaycan iqtisadiyyatının inkişafı və ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində əldə edilən uğurların önəmini qeyd edib.

Öz növbəsində, prezident İlham Əliyev Dünya Bankının Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib və təşkilat tərəfindən ölkəmizə ayrılan maliyyə vəsaitlərinin önəmini qeyd edib. Dövlət başçısı bu il Azərbaycanla Dünya Bankı Qrupu arasında əməkdaşlığın 25 illiyinin qeyd olunduğunu bildirərək ötən dövr ərzində Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi tərəfindən ölkəmizdə xarici investorların həyata keçirdiyi bir sıra mühüm investisiya layihələrinə, eləcə də qlobal əhəmiyyətli “Cənub Qaz Dəhlizi” layihəsinə verilən dəstəyin önəmini vurğulayıb. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin nəinki Azərbaycan, o cümlədən Avropa da daxil olmaqla geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Ölkəmizin maliyyə qabiliyyətli etibarlı tərəfdaş olduğunu, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirdiyini qeyd edən dövlət başçısı TANAP layihəsi ilə bağlı işlərin qrafikə uyğun, uğurla həyata keçirildiyini və vaxtında tamamlanacağını bildirib.

Prezident deyib ki, bu il Azərbaycan iqtisadiyyatı artıq sabitləşmə dövrünə qədəm qoyub.

"İqtisadiyyatımızda neft amilini nəzərə almasaq, görərik ki, bu il qeyri-neft sektorunda 2,5 faiz, qeyri-neft sənaye sahəsində 3 faizdən çox, aqrar sektorda isə 4 faizdən çox inkişafa nail olunub. Neftin qiymətinin aşağı düşməsinin ümumi daxili məhsulun həcminə mənfi təsir göstərməsinə baxmayaraq, qeyri-neft sektoru ümumi daxili məhsulun 70 faizini təşkil edib", - deyə dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, gələcəkdə Cənub Qaz Dəhlizinin işə düşməsi, “Əsrin müqaviləsi”nin müddətinin uzadılması, əlavə investisiya qoyuluşu, qlobal nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinə nikbinliklə baxmaq üçün əsas verir.

Görüşdə Azərbaycanla Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə-Qubadlı-Şuşa-Kəlbəcər bizi gözləyir
Prezident İlham Əliyev: Bu sənəddə öhdəlik var, dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan
Prezident İlham Əliyev xalqa müraciət edib
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Prezident İlham Əliyev:
Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.