А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Lənkəranda “Çay, çəltik və sitrus festivalı” keçirilib

19.12.17 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 451 | Yazar: Celilova |
Lənkəranda “Çay, çəltik və sitrus festivalı” keçirilib





Dekabrın 19-da Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında qələbəlik vardı. İnsanlar bayramsayağı bəzədilmiş parkda respublikada ilk dəfə keçirilən “Çay, çəltik və sitrus festivalı”na tələsirdilər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival ötən əsrin 70-80-ci illərində Lənkəranda keçirilən “Məhsul bayramları”nın davamını xatırladırdı. İli uğurla başa vuran lənkəranlılar çəkdikləri zəhmətin, əməyin sevincini yaşayırdılar.

Xatırladaq ki, 1979-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyev Lənkərana növbəti səfəri zamanı rayonda keçirilən IX “Məhsul bayramı”nda iştirak edib.

Fərəhli haldır ki, bu gün Lənkəran Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində sürətli inkişaf dövrünü yaşayır, sosial-iqtisadi sahədə böyük uğurlara imza atır. Cari ildə rayonda aqrar bölmənin bütün sahələrində, o cümlədən çayçılıq, çəltikçilik və sitrusçuluqda böyük nailiyyətlər əldə olunub.

Gərgin əmək, böyük zəhmət bahasına əldə edilmiş uğurların yekunlarını bayram sevinci ilə qeyd edən lənkəranlıların fikrincə, “Çay, çəltik və sitrus festivalı” təkcə aqrar sektorda deyil, həm də rayonda sosial-iqtisadi inkişaf və mədəni quruculuq sahəsində qazanılmış nailiyyətlərin nümayişi baxımından əla imkandır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və AZƏRTAC-ın informasiya dəstəyi ilə keçirilən festivalda rayon rəhbərliyi, Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Rüfət Quliyev, mədəniyyət xadimləri, digər qonaqlar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Sonra qonaqlar Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi - Lənkəranın düyüsü”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi-ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlarla tanış olublar. Rayonda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri, yerli təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət “çay dəstgahı” qonaqların diqqətini çəkib.

Tədbir iştirakçılarına yüksəkkeyfiyyətli yerli sortlardan olan “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin ləziz təamı - ləvəngidən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunub.

Açılış mərasimində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov lənkəranlıları ölkəmizdə ilk dəfə keçirilən “Çay, çəltik və sitrus festivalı” münasibətilə təbrik edib.

Prezident İlham Əliyevin sədrliyi ilə bu il sentyabrın 3-də Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirildiyini və bu müşavirənin nəticəsi olaraq həmin sahələrin inkişafı ilə bağlı Dövlət Proqramının qəbul edildiyini vurğulayan T.Qaraşov bu gün Lənkəranın öz “qızıl dövrünü” yaşadığını diqqətə çatdırıb.

Mərasimdə 2017-ci ildə aqrar bölmədə uğur qazanmış məhsul istehsalçılarının bir qrupu fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Günboyu davam edən festivalda bədii özfəaliyyət kollektivləri rəngarəng, ədəbi-bədii kompozisiyalarla çıxış edib, maraqlı musiqi nömrələri səsləndirib, gənclərin iştirakı ilə əyləncəli proqramlar təqdim olunub.

Festival respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla başa çatıb.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Komitə qadağa qoysa da, ATV-nin keçmiş prezidenti əməl etmir
Deputat qəbul keçirib
“Hər kəs qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır
Cəmiyyətdən təcrid olunmuş yeniyetmələr topluma yenidən qazandırılacaq
Deputat Rüfət Quliyev seçiciləri qəbul edib
Sabah güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
Ramiz Mehdiyev keçmiş nazirə yeni vəzifə verdi
Kolleclərdən tələbələrə “PANDEMİYA TÖHFƏSİ”: Təhsil haqları artırıldı
Sabah küçəyə çıxmaq təhlükəli ola bilər
Ermənistanın çiynində Xocalı faciəsi kimi ağır cinayətlər var” - İtaliyanın sabiq səfiri
Müəllim olmaq istəyənlərin nəzərinə
Vyetnam Rusiyadan koronavirus vaksini alacaq
ÜST məktəbləri təhlükə adlandırdı – Dərslər başlamayacaq?
ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA
Bayram günləri elektrik qatarları necə işləyəcək?
Azərbaycanda koronavirusla bağlı şad xəbər – Rəsmi
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
“CinemaPlus”dan sosial dəstək - FOTO/VİDEO
Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək
Su ehtiyatlarının azalması sürətlənir
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi AÇIQLANDI
Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.