Alı Alıyev Bayram günlərində Qayıdış və Zobucuq qəsəbələrində yaşayan məcburi köçkünlərlə görüşüb

31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə məcburi köçkünlərin sıx məskunlaşdığı Qayıdış və Zobucuq qəsəbələrində olmuş , əhali ilə görüşərək onların bayramlarını təbrik etmişdir. Melumat-merkezi.az xəbər verir ki, Alı Alıyev görüş zamanı Qayıdış və Zobucuq qəsəbələrində məskunlaşan əhali ilə söhbət etmiş , onların problem və qayğılarını dinləmişdir.
Məcburi köçkünlər Dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını işıq, su, qaz və digər kommunal xidmətlərinin Dövlət tərəfindən vahid aylıq müavinət şəklində ödənildiyini bildirmişlər. Alı Alıyev işıq , su və qazdan qənaətlə istifadə etməyi israfçılığa yol verməməyi tövsiyyə etmiş, eyni zamanda məcburi köçkünlərə həyətyani və pay torpaqlarından səmərəli istifadə etmələrini bildirmişdir. Sonra Alı Alıyev hüquq mühafizə orqanlarının rəhbərləri və bir qrup məcburi köçkünlə ictimai nəzərət qaydasında Qayıdış və Zobucuq qəsəbələrində fəaliyyət göstərən topdan və pərakəndə satış mərkəzlərində olmuş, ərzaq məhsullarının qiyməti ilə maraqlanmışdır. Məcburi köçkünlər topdan və pərakəndə satış mərkəzlərində bayram günlərində heç bir qiymət artımına yol verilmədiyini , qiymətlərin onları qane etdiyini bildirmişlər. Qayıdış və Zobucuq qəsəbələrində yaşayan məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
(səs: 0)
Oxşar:
Bölmə: Cəmiyyət
Bölmə: Cəmiyyət
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qaraxanlı mədəniyyəti
06.05.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Kirayə evlərin necə satılacağı məlum oldu
06.12.19 | Son Xəbər » İqtisadiyyat
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
05.12.19 | Son Xəbər » İqtisadiyyat
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
05.12.19 | Son Xəbər » Mədəniyyət
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
29.11.19 | İqtisadiyyat
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
29.11.19 | Son Xəbər » İqtisadiyyat
Sosial evlərlə bağlı qərar verildi
29.11.19 | Son Xəbər » İqtisadiyyat
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
29.11.19 | Gündəm
Sabah hava necə olacaq?
28.11.19 | Cəmiyyət