Müəllimlərin əməkhaqqı artırıldı - RƏSMİ

Ötən ilin may-aprel aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqı bu il yanvarın 1-dən artırılıb.
Təhsil Nazirliyindən Melumat-merkezi.az-a verilən məlumata görə, Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. Bu qərara əsasən, 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçib təyin olunan 6 minə yaxın müəllimin də əmək haqqı artırılıb.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.
Qeyd olunub ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim, o cümlədən ümumi saydan 41 360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. Beləliklə də ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub.
(səs: 0)
Oxşar:
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
07.12.20 | Cəmiyyət
Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
26.11.20 | Cəmiyyət
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Ekspress avtobuslar belə işləyəcək
17.10.20 | Cəmiyyət