А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Analıq kirayə olarmı?

05.01.18 | Bölmə: Köşə | Baxış: 726 | Yazar: Celilova |
Analıq kirayə olarmı?






İstəyən hər kəs övlad sahibi ola bilmir. Doğrudur, törəmək yaxşı şeydir. Bəziləri hətta buna mütləq şərt kimi baxır. Amma mənim dünyamda övlad sahibi olmaq müqəddəs vəzifə deyil, sadəcə müqəddəs haqdır.







Vəzifə ilə haqq arasında prinsipial fərq var. Amma bu gün demək istədiyim bu, deyil.

Bəzi insanlar övlad sahibi ola bilmirlər. Bir qadın və bir kişi övlad sahibi ola bilmirsə, ortada yüzlərlə səbəb mövcud ola bilər.

Belə bir hal düşünün. Kişi sağlamdır. Qadının da yumurtaları sağlamdır. Lakin qadında uşaqlıq anadangəlmə və ya sonradan qazanılmış səbəblərdən hamiləliyi daşıya bilmir. İnanın, belələri Azərbaycanda da minlərlədir.

Çarə varmı?

Var.

Mayalanmış bir yumurtanı hansı qadına köçürürsən köçür; hamiləlik baş tuta bilər.

Mayalanmış yumurta üçün hansı qadının uşaqlığına düşəcəyinin fərqi yoxdur.

İki şərt var:

1. Qadın hamilə qalmaq yaşda və sağlamlıqda olsun.

2. Qadın o yumurta köçürülürkən hamilə qalmağa hazır olsun.

Vəssəlam, şüttamam.

Bunu nəyə oxşada bilərik?!

Götürək ki, 1924-cü ildə Gəncədə bir ailə olsun. Körpə doğulub. Anasının südü gəlmir. Ya da anası doğuş zamanı həlak oldu.
Körpə aclıqdan öləcəkmi? Axı o vaxt indiki kimi Uşaq qidası yox idi.

Əlbəttə, ailə o körpəyə süd anası tapacaq.

Öz anasının südü və ya özü yoxdursa, ailə başqa süd verən qadından bu körpəyə də süd verməyini istəyəcək.

Üzr istəyirəm, prinsip olaraq qadın uşaqlığı ilə məməsi arasında nə fərq var?

Mənəvi, qanuni cəhətdən heç bir fərq yoxdur.

Azərbaycanda bəzi zatlar qadın uşaqlığının kirayə verilməsinə, yəni surroqat analığa qarşıdırlar. "Milli-mənəvi dəyərlərimizə zidd" imiş, "dinimiz bunu qəbul etməz"miş.

Yaxşı, demə aldatdım?!

Qadının süd vəzini kirayə götürmək olar, islam buna icazə verir, uşaqlığına icazə vermir?

Bu insanlar populistdirlər.

Bu insanlar övlad sahibi ola bilməyən kimsələri deyil, ancaq öz reytinqlərini düşünürlər.

Çünki bizim cəmiyyətdə surroqat analığa qarşı çıxan insan çoxdur.

Ay camaat, süd analığı məfhumu varsa, başqa qadnın uşaqlığından da istifadə etmək olar.

Uşağın əsl anası ona süd verən deyil, onu mayalandıran yumurtanın sahibidir.

Uşağın əsl anası onu doğan deyil, onu mayalandıran yumurtanın sahibidir.

Surroqat analıq humanist bir addımdır.



\\ Vasif İsmayıl\\
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Prezidentin köməkçisindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
Ordumuzun baş leytenantı ŞƏHİD OLDU
Baş həkim koronavirusa yoluxub – Beyləqanlılar onun tezliklə sağalmasını istəyir
Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.