А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

4 dövlət müəssisəsi hərraca çıxarılacaq

07.01.18 | Bölmə: İqtisadiyyat | Baxış: 283 | Yazar: Celilova |
4 dövlət müəssisəsi hərraca çıxarılacaq












Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 23 fevralda növbəti hərrac keçiriləcək.
Komitədən verilən məlumata görə, hərraca 18 səhmdar cəmiyyəti, 4 qeyri-yaşayış sahəsi, 4 kiçik dövlət müəssisəsi çıxarılıb. Hərraca çıxarılan əmlakları siyahısı ilə tanış olmaq üçün bu linkdən istifadə etmək olar.

Hərraca çıxarılan kiçik dövlət müəssisələri altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib.

Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Ağdaş, Goranboy, Xaçmaz rayonlarında yerləşir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 64 min 900 manata olan Xaçmaz rayonunda yerləşən "Nərəcan kənd Mədəniyyət evi”dir. Qeyd olunan daşınmaz əmlakın ümumi faydalı sahəsi 959,3 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 6 260 kvadratmetrdir.

Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 65 min manata Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış binası da var. Qeyd olunan əmlak torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Qeyri-yaşayış binasının ümumi faydalı sahəsi 235,7 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 276,5 kvadratmetrdir.

Budəfəki hərracda 18 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Hərraca çıxarılan səhmdar cəmiyyətlərin ünvanları, satışa çıxarılan səhmlərin nominal dəyəri, nizamnamə kapitalının həcmi, satışa çıxarılan səhmlərin ilkin hərrac qiymətləri ilə daha yaxından tanış olmaq üçün bu linkdən istifadə etmək olar. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sənaye, kəndkimya, nəqliyyat, inşaat, təmir və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Bərdə Kəndkimya”, "Beyləqan Buzxana”, "Salyan Kəndkimya”, "Tərtər Nəqliyyat”, "Lənkəran Mebel” kimi səhmdar cəmiyyətlər var. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0,5 manatdan 2 manata qədərdir.

Vətəndaş hərraca çıxarılan hər bir əmlakla komitənin rəsmi saytında emdk.gov.az o cümlədən privatization.az saytında tanış ola bilir. Əvvəlcə hərrac tarixinə görə elan linkinə daxil olur, elanda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisə və obyekti, eləcə də istifadəsiz yaşayış sahəsi və nəqliyyat vasitəsi üzrə ayrıca göstərilmiş linkə keçir.

Burada istədiyi əmlakı seçərək baxır, əgər bəyəndiyi əmlakdırsa elə həmin səhifədəcə "sifariş ver” düyməsini seçir. Xatırladaq ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul ediləcək. Bununla əmlaka elektron sifariş verərək əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi də elektron qaydada ödəyir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Evdə qal: həyata qarşı daha güclü dayana, gələcəyə təbəssümlə baxa bilmək üçün...
Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.